Accessibility links

Maliyyə qalmaqalından sonra İspaniyanın keçmiş kralı ölkəsini tərk edir


İspaniyanın keçmiş monarxı I Xuan Karlos maliyyə qalmaqalından sonra ölkəsini tərk edir. Kral ailəsinin veb saytında bazar ertəsi yerləşdirilmiş məktuba əsasən, o yaşamaq üçün adı bəlli olmayan başqa bir ölkəyə köçür.

Oğlu kral VI Felipəyə göndərdiyi məktubda o bildirib: "Mən hazırki dövrdə İspaniyadan kənar yerlə köçmək qərarım barədə sizə məlumat verirəm".

Xuan Karlos məktubunda həmçinin "keçmiş şəxsi həyatımın bəzi dövrlərinin ictimai əks-sədalar" doğurması fonunda bu qərarı verdiyini bildirib.

Ölkənin baş naziri bu yaxınlarda Xuan Karloslə bağlı baş verən hadisələr, o cümlədən İspaniya və İsveçrədəki aparılan araşdırmalardan "narahat" olduğunu bildirib.

Bu ilin əvvəlində İspaniya Ali Məhkəməsi araşdırma başlatdığı zaman ölkə mediası Səudiyyə Ərəbistanının mərhum kralı Abdullah tərəfindən Xuan Karlosa verildiyi iddia edilən milyonlarla avro (və ya dollar) ilə əlaqədar İsveçrədə ayrı bir istintaqda verilən ifadələr haqda məlumat yaymışdı.

İddianın ardıca Xuan Karlosun keçmiş şərikinə külli miqdarda pul köçürdüyü iddia edilir. Müstəntiqlər bunu pulun rəsmilərdən gizlədilməsi üçün mümkün cəhd kimi qiymətləndiriblər.

Şərik İspaniya mediası tərəfindən keçmiş kralla uzun müddət əlaqəli olduğu bildirilən Danimarka-Alman əsilli qadın iş adamı Korinna Larsendir.

82 yaşlı keçmiş kral 1975-ci ildə diktator Fransisko Frankonun ölümündən sonra İspaniyanın demokratiyanı sülh yolu ilə bərpa etməsinə kömək etdiyi hesab edilir.

Lakin hakimiyyətinin sonrakı illərindəki qalmaqallarla üzləşən Xuan Karlos 2014-cü ildə İspaniya Konstitusiyasının dövlət başçısına verdiyi təqib toxunulmazlığını itirərək, oğlu IV Felipe-in lehinə taxt-tacdan imtina edib.

Mediada Felipenin Səudiyyə Ərəbistanından Xuan Karlosa 65 milyon avro hədiyyə etdiyi bir ofşor hesabın istifadəçisi olduğu iddia edildikdən sonra Felipe keçmiş kraldan alacağı gələcək şəxsi mirasından imtina edib. Felipe həmçinin atasını 194.232 avro dəyərində illik təqaüdündən də məhrum edib.

İspaniyanı tərk etmək qərarı Xuan Karlosun 50 ildən çoxdur Madriddə yaşadığı 17-ci əsrə aid Zarzuela sarayını boşaltması deməkdir. O, keçmiş kraliça Sofiya ilə 1963-cü ildə evləndikdən sonra oraya köçmüşdü.

XS
SM
MD
LG