Accessibility links

Azərbaycanın kredit proqnozu "neqativ"dən "stabil"ə yüksəlib


«Fitch» beynəlxalq reytinq agentliyi

Fitch Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın kredit proqnozunu "neqativ"dən "stabil"ə yüksəldərək reytinq səviyyəsini "BB +" səviyyəsində təsdiqləyib.

Fitch-in fevralın 2-də yaydığı məlumatda deyilir ki, iki il qeyri-stabillikdən sonra 2017-ci ildə Azərbaycan makroiqtisadi stabilliyini yaxşılaşdırıb.

Neftin qiymətinin bərpası ilə yanaşı sərt fiskal və pul-kredit siyasəti yürüdülüb ki, bu da 2017-ci ilin aprelindən manatın mübadilə məzənnəsini $1,70 civarında sabitləşdirib.

Öz növbəsində, bu, inflyasiyaya təzyiqin zəifləməsinə təsir göstərib. Orta hesabla bu 2017-ci ilin aprelindən illik hesablamada 12,9% azalıb.

Fitch proqnozlaşdırır ki, yaxın iki ildə neftin qiymətinin stabil olma ehtimalı ilə əlaqədar valyutanın məzənnəsi dəyişməz qalacaq.

Neftin qiymətinin artması ilə 2017-ci ildə ödəniş balansının profisiti 3,1% təşkil edib.

Dövlət Neft Fondunun aktivləri 2016-cı ildəki $33,1 mlrd.-dan 2017-ci ildə $35,8 mlrd.-dək artıb ki, bu da ÜDM-in 87,4%-ni təşkil edir.

Fitch-in narahatlığına iqtisadiyyatın xammaldan asılılığı səbəb olur ki, bu da yaxın vaxtlarda yəqin ki, dəyişməyəcək.

Əsasən agentlik qeyd edir ki, "Cənub" qaz dəhlizi layihəsi qüvvəyə mindikdən sonra qaz ixracının gözlənilən artımı ilə xammaldan asılılıq daha da artacaq.

İqtisadiyyatın diversifikasiyası planı hakimiyyətin gündəliyində olsa da islahatlara dair yol xəritələrində irəli sürülən təşəbbüslər uzaq görünür, Fitch qeyd edir.

Agentlik xəbərdarlıq edib ki, makroiqtsadi stabilliyin pisləşməsi və iqtisadiyyatın zəif artımı neqativ reytinqə səbəb ola bilər, ancaq iqtisadiyyatın diversifikasiyasının yaxşı nəticələri və biznes mühuti müsbət reytinqə yol aça bilər.

XS
SM
MD
LG