Accessibility links

Mərkəzi Bank uçot dərəcəsini endirib


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 11%-dən 10%-ə endirilib.

Bu barədə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov iyunun 14-də keçirdiyi mətbuat konfransında məlumat verib.

Elman Rüstəmov
Elman Rüstəmov

O, qeyd edib ki, uçot dərəcəsinin azaldılması barədə qərar iqtisadi artım, ölkənin valyuta ehtiyatlarının artması, dövlət investisiyalarının artması hesabına iqtisadi artımın stimullaşdırılması və tədiyə balansının müsbət saldosunun qorunması kimi müsbət amillər nəzərə alınmaqla qəbul edilib.

Faiz dəhlizinin aşağı həddi 8% səviyyəsində saxlanılır, üst hədd isə 14%-dən 12%-ə endirilib.

E. Rüstəmovun sözlərinə görə, qərar makroiqtisadi sabitlik və inflyasiyanın idarə edilməsi ilə əlaqədardır.

Mərkəzi bank 2018-ci ildə üçüncü dəfədir uçot dərəcəsini azaldır: fevralın 12-dən 15%-dən 13%-ə, aprelin 9-da 13%-dən 11%-ə endirilib.

Növbəti dəfə AMB avqust ayında keçirilən iclasda uçot dərəcəsinin yenidən nəzərdən keçirəcək.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Öz növbəsində iqtisad elmləri doktoru Qubad İbadoğlu Amerikanın Səsinə bildirib ki, nəzəri cəhətdən uçot dərəcəsinin aşağı düşməsi dövriyyədə pul kütləsinin və sərmayə qouluşunun artımına, faiz dərəcəsinin aşağı düşməsinə gətirib çıxarmalıdır.

“Amma Azərbaycanda bunu müşahidə etmək mümkün deyil. Rəsmi statistika göstərir ki, bu ilin ilk 5 ayında əsaslı vəsait qoyuluşu ötən illə müqayisədə 12 faizə qədər azalıb”, o qeyd edib.

Ekspert hesab edir ki, ölkədə faiz dərəcələri hələ də yuxarı olaraq qalır.

“Əslində hazırda faiz dərəcələri infilyasiya faizindən 4-5 dəfə yüksəkdir. Odur ki, hesab edirəm ki, bu fərqi azaltmaq üçün Mərkəzi Bank hələ çox işlər görməlidir. Yalnız nominal təsirə malik olan uçot dərəcələrini aşağı salmaqla faiz dərəcələrini aşağı salmaq və sərmayələri artırmaq mümkün olmayacaq. Bu dəyişiklik yalnız dövriyyədə pul kütləsinin cüzi atrımını şərtləndirə bilər”, elmlər doktoru deyib.

.

XS
SM
MD
LG