Accessibility links

Malta hökumət rəsmisi istefa verib, qətlə yetirilən jurnalistin istintaqı ilə əməkdaşlıq edir


Malta hökumət aparatının rəhbəri Kith Şembri polisin 2017-ci ildə jurnalist Dafne Karuana Qalizianın (Daphne Caruana Galizia) öldürülməsi ilə əlaqədar istintaqın davam etdiyi vaxt çərşənbə axşamı istefa verib. Bu haqda baş nazir Cozef Muskat jurnalistlərə açıqlamasında bildirib.

Bu, jurnalistin qətli ilə əlaqəli aparılan istintaqda yeni bir irəliləyişdir.
Kith Şembri istefa bildirişini baş nazirə şəxsən təqdim edib. Hələ ki istefa etməkdən imtina edən baş nazir isə "təlatümlü vaxtda" xalqa kömək etməli olduğunu bildirib.

Ölkənin ən nüfuzlu araşdırmaçı jurnalistlərindən biri olan Karuana Qalizia 2017-ci ilin oktyabr ayında evinin qarşısında bomba quraşdırılımış avtomobilin partladılması nəticəsində qətlə yetirilmişdi.

Polis Şembrinin bu istintaq işində onlara kömək etdiyini deyib. Kith Şembri iş adamı, maqnat Feneş ilə yaxın maliyyə əlaqələrində olduğu üçün təziqlərlə üzləşmişdi.

Feneş isə keçən həftə şəxsi yaxtası ilə Maltanı tərk edərkən həbs olunub.

Karuana Qalizia ölümündən əvvəl 17 Qara adlandırdığı gizli holdinqlərin mövcudluğunu açıqlamışdı.

Ölümündən sonra Reuters-in apardığı araşdırma nəticəsində bu şirkətlərin Feneşə məxsus olduğu ortaya çıxıb.

Onun adı həmçinin emaillərdə Şembri və Maltanın turizm nazirinə məxsus gizli Panama şirktlərininin maliyyələşməsində də hallanıb. Onların hər ikisi bunu təkzib edir.

Lakin bu maliyyə fondlarının başqa kiminsə əlinə keçib-keçmədiyi məlum deyil.

Noyabrın 25-də qətldə əli olduğu iddia edilən vasitəçi Melvin Theuma iş haqqında məlumatlar verdiyi üçün prezident tərəfindən əfv edilib.

Bundan əlavə, avtomobildə quraşdırılmış bombanı işə salan 3 şəxs məhkəmə qarşısına çıxarılmalarını gözləyir.

Rəsmilər və polis son bir həftə ərzində qətl əmrinin kim tərəfindən verilməsi ilə bağlı istintaq prosesində irəliləyişlər əldə edildiyini bildirir.

Avropanı şoka salan bu qətl hadisəsi Aralıq dənizi adasında qanunun aliliyi barəsində suallar doğurub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Hindistan müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
please wait

No media source currently available

0:00 0:11:27 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG