Accessibility links

Maltada növbədənkənar seçki keçirilir


Şənbə günü maltalı seçicilər baş nazir Cozef Muskatın təşkil etdiyi növbədənkənar seçkidə iştirak ediblər. Buna səbəb onun həyat yoldaşının sahib olduğu şirkətin adının Panama Sənədləri qalmaqalında hallanmasına dair ittahmlarla bağlı rəsmi istintaqın başladılmasıdır.

Rəy sorğuları Leyboristlər partiyasından olan Muskatın ikinci dəfə 5 illik müddətinə seçilməyə yaxın olduğunu göstərir. Lakin sorğu nəticələri həmçinin seçicilərin beşfə birinin qərarsız olduğunu göstərir ki, bu da Millətçi partiyası ilə yeni yaranmış Demokrat partiyasının təşkil etdiyi Mili Qüvvənin qazanmaq şansını artırır.

Zəngin və qüclülərin ofşor şirkətləri və digər maliyyə məlumatlarını aşkar edən Panama Sənədləri qalmaqalı Maltanın energetika naziri və Muskatın idarəsinin rəhbərinin Panamada şirkət qurduğunu üzə çıxarıb.

Muskat ailəsi ittihamları rədd edir.

Ofşor şirkət qurmaq qeyri-qanuni deyil, amma bu şirkətlər vergidən yayınmaq və ya çirkli pulların yuyulması üçün istifadə oluna bilər.

Ötən il Panama Sənədləri üzə çıxandan sonra, Muskat energetika naziri Konrad Mizzi ilə Muskatın idarəsinin rəhbəri Kis Şemrini vəzifədə saxladığına görə tənqid olunmuşdu. Onlar Panamada şirkət qurduqlarını qəbul etsələr də, hər hansı qanunu pozduqlarını inkar edir.

O zamandan bəri, müxalifətçi millətçi lider Simon Busutill Şembriyə qarşı çirkli pullar yuyulması ittihamı irəli sürəndən sonra məsələ ilə bağlı iki təhqiqat başladılıb.

Bu təhqiqatların heç biri şənbə günü keçirilən seçkilərdən öncə başa çatmayıb.

Seçki kampaniyası zamanı Muskatın əsas rəqibi Busuttil deyib ki, korrupsiya ittihamları Maltanın maliyyə xidmətləri sənayesinə ziyan vurub və bundan sonra da ada ölkənin reputasiyasına xələl gətirməyə davam edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG