Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı: Dünya əhalisinin təxminən yarısının malyariya xəstəliyinə yoluxma riski var


Ümumdünya Səhiyyə Təşkilatı: Dünya əhalisinin təxminən yarısnın malyariya xəstəliyinə yoluxma riski var
please wait

No media source currently available

0:00 0:02:00 0:00

Ümumdünya Səhiyyə Təşkilatı dünya əhalisinin təxminən yarısının malyariya xəstəliyinə yoluxma riski qarşısında olduğunu bildirib. Bu xəstəliklə mübarizə iki yolla – biri xəstəliyin özü ilə, digəri isə onu yayan ağcaqanadlara qarşı mübarizə yolu ilə aparılır. Merilend Universitetinin alimləri Burkina-Fasoda ağcaqanadlarla mübarizənin yeni yolunu sınaqdan keçirir.

Ağır Malyariya Müşahidə Mərkəzinə əsasən, Afrikada Burkina-Fasoda körpə ölümlərinin əsas səbəbi ağcaqanad vasitəsilə yoluxdurulan xəstəlikdir. Heç bir valideyn belə bir itki kimi əzaba düçar olmamalıdır. “Körpəmi itirmək mənim üçün çox ağrılı oldu. Bu, hər valideyn üçün çətindir. Əgər mənim uşağımın ölümünə səbəb olan xəstəliyin müalicəsi tapılsa, buna görə başqaları Allaha şükür edər. Onlar bu xəstəliklə mübarizə üçün hər şey etməlidirlər. Onlar bizə yardım etməlidir. Biz ümid edirik və burada həyata keçirilən layihədə inkişafa görə çox sevinirik” - deyə, Dramane Oedraoqo bildirir.

Dünya əhalisinin yarıdan çoxunun malyariyaya yoluxma riski qarşısında olmasına baxmayaraq, Afrikada bu, çox böyük problemdir. Buna görə də Merilend Univesitetinin alimləri ağcaqanadı məhv edəcək göbələyi sınaqdan keçirir. Və bu göbələk malyarıya yayan ağcaqanadı tez bir zamanda məhv edə bilir.

Göbələklər ağcaqanadların sıx olduğu yerlərə qoyulduqdan bir ay sonra həmin ərazidəki ağcaqanaqlar tamamilə yoxa çıxıb. Lakin labotatoriyada əldə edilən bu nailiyyət hələlik bu sahədə tam nailiyyət demək deyil. Ağcaqanadları məhv edən göbələklərin testində mübarizədə Burkina-Fasodakı mütəxəssislər alimlərə yardım edir.

Alimlər ağcaqanadları sınaq otaqlarına cəlb etmək üçün çiy ətdən istifadə edir. Otağın içərisində onlar üzərinə köbələk çəkilmiş qara parçanın üzərinə oturur. Nəticə tez zamanda əldə edilir. Merelend Universitetindən Raymond Leger: “Nəticədə biz iki dəfəyə ağcaqanadların 99 faizini öldürdük. Yəni bu, ağcaqanadların kökünün kəsilməsinə gətirib çıxardı.”

Tədqiqatçılar sınaqlarının çox ciddi nəticələr verəcəyini və insektisidlərlə birlikdə malyariya ilə mübarizyə böyük təsir göstərəcəyini, həmçinin Zike və ya Dengue kimi digər xəstəliklərlə də mübarizə aparmaq üçün uyğunlaşdırıla biləcəyini deyirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG