Accessibility links

AXCP sədrinin müşavirinə qarşı cəzası ağır ittiham irəli sürülüb


Məmməd İbrahim (Foto Sancaq facebook səhifəsindən götürülüb)
Məmməd İbrahim (Foto Sancaq facebook səhifəsindən götürülüb)

Oktyabrın 20-də Nərimanov Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin müdafiə tərəfinin həbsin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatətini təmin etməyib. Məhkəmə fəalı həbsdə saxlayıb. Bu barədə Amerikanın Səsinə vəkil Yalçın İmanov bildirib.

Onun sözlərinə görə, həbsin ev dustaqlığı əvəzlənməsini xahiş etmək üçün müdafiə tərəfinin kifayət qədər əsası var. Məsələ bundadır ki, M.İbrahimə qarşı 221.1 (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bu, 1 ilədək azadlıqdan məhrumolunma şəklində maksimum cəza nəzərdə tutur. Lakin istintaq M.İbrahimin hərəkətlərinə heç bir sübut göstərməyib.

Oktyabrın 20-da məhkəmə iclasında müstəntiq bildirib ki, ittiham 221.2.2 maddəsinə tövsif edilib ki, bu da ictimai asayişi təmin edən şəxsə qarşı müqavimət göstərilməsilə xuliqanlıq törədilməsinə görə məsuliyyət nəzərdə tutur. Bu maddə üzrə 3 ildən 5 ilədək həbs cəzası nəzərdə tutulur. Müstəntiq deyib ki, M.İbrahim guya ictimai asyişi qoruyan Oruc adlı şəxsə müqavimət göstərib.

Vəkil diqqəti ona yönəldib ki, bundan əvvəl istintaq bu epizod barəsində heç bir şey bildirməmişdi.

Y.İmanov bunu istintaqın müstəqil olmaması kimi qiymətləndirib.

Müdafiə tərəfi Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

M.İbrahimin məsuliyyətə cəlb olunmasına Mikayıl Quliyevin şikayəti səbəb olub. Belə ki, M.Quliyev AXCP sədrinin keçmiş müavini Razi Nurullayevin rəhbərlik etdiyi qrupun tərkibində partiya sıralarını tərk edib. Sentyabrın 29-da M.İbrahimlə M.Quliyevin arasında baş verən münaqişə zamanı sonuncunun köynəyi cırılıb.

XS
SM
MD
LG