Accessibility links

Mançester hücumçusunun qardaşı Liviyadan Britaniyaya esktradisiya edilib


Mançesterdə Ariana Qrandenin konsertində 22 nəfəri oldürən intiharçı bomba hücumçusunun qardaşı Britaniyaya gətirilib.

22 yaşlı Haşem Abedi Liviyadan ekstradisiya olunub və çərşənbə günü London hava limanında həbs edilib.

2017-ci ilin may ayında konsertin sonunda bombanı partladan Salman Abedi özü partlayışda ölüb. Həmin partlayış zamanı əksəriyyəti yeniyetmələr olmaqla 500-dən çox insan xəsarət alıb.

Liviya polisi o zaman 18 yaşında olan Haşemi və atasını Britaniyadakı hücumdan sonra həbs edib. Haşem müstəntiqlərə deyib ki, o və qardaşı İslam Dövləti qrupunun üzvləri olub və o hücumdan da xəbərdar olub. Atasına ittiham irəli sürülməyib və o daha sonra sərbəst buraxılıb.

Abedi ailəsi diktator Müəmmar Qəzzafinin hakimiyyəti zamanı Liviyadan qaçıb. Qardaşlar Mançesterdə böyüyüb başa çatıb, lakin 2017-də Liviyaya geri dönüb.

Amma Salman orada üç həftə qaldıqdan sonra Mançesterə qayıdıb və bir neçə gün sonra Mançester Arenasında hücum həyata keçirib.

Haşem qətl, qətlə cəhd və həyatları riskə atan partlayışa səbəb ittihamları ilə üzləşir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG