Accessibility links

Tramp kampaniyasının sabiq rəhbərinə qarşı ittihamlar irəli sürülüb


Pol Manaforta qarşı Amerikaya qarşı konspirasiya, çirkli pulların yuyulması və Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin lobbiçiliyi ilə bağlı yalan söyləməsinə dair ittihamlar irəli sürülüb.

ABŞ prezidenti Donald Trampın kampaniyasının qısa müddət ərzində sədri olan Pol Manafort Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı aparılan cinayət təhqiqat işi ilə əlaqədar bu gün könüllü şəkildə özünü Federal Təhqiqatlar Bürosuna təslim edib.

Xüsusi məsləhətçinin Manafort, Geyts və Papadopulosu hədəf alması Rusiya üzrə təhqiqatda dönüş nöqtəsidir və Tramp prezidentliynin birinci ilinə kölgə salır.

Federal münsiflər heyəti cümə günü xüsusi məsləhətçi Robert Maller tərəfindən aparılan təhqiqatlar nəticəsində irəli sürülən ittihamları təsdiqləyib.

Bazar ertəsi Ukraynada geniş lobbiçilik maraqları və Rusiya ilə əlaqəsi olan Manafortdan səlahiyyətli orqanlara təslim olması tələb olunub. Manafortun sabiq biznes həmkarı Rik Qeyts də özünü səlahiyyətli orqanlara təslim edib.

Manafort 2016-cı ilin iyun ayından avqust ayınadək Trampın kampaniyasını idarə edib və ondan bir neçə ay əvvəl kampaniyada mühüm mövqelərdən birində olub.

Tramp Manaforta qarşı ittihamnamənin 2016-cı seçki kampaniyasına dəxli olmadığını deyib və əlavə edib ki, müstəntiqlər öz diqqətlərini sabiq rəqibi və keçmiş Dövltə katibi Hillari Klintona yönəltməlidirlər.

Maller iddia edir ki, Manafort öz vəsaitlərini Kipr, Sent Vinsent & Qrenadins və Seyşeldə gizlədərək “ABŞ-da lüks həyat keçirmək üçün milyonlarla dollar pul xərcləyib.”

İttihamnamədə $75 milyon dolların offşor hesablarla axması qeyd olunur və Manafortun ABŞ-da əmlak almaq üçün $18 milyon, Geytsin isə bu məqsədlə $3 milyon dollar yuyulmuş pul xərclədiyi bildirilir.

Əlavə olaraq Maller sabiq Tramp xarici işlər müşaviri Corc Papadopulosun "yüksək rütbəıli Rusiya rəsmiləri ilə təmaslarına dair" federal agentlərə yalan danışdığını etiraf etdiyini açıqlayıb.

Prezident Tramp Papadopulos məsələsini şərh etməyib, lakin 2016-cı ilin mart ayında onu "enerji və neft üzrə məsləhətçi, əla oğlan" kimi təsvir etmişdi.

İttihamnamədə $75 milyon dolların offşor hesablarla axması qeyd olunur və Manafortun ABŞ-da əmlak almaq üçün $18 milyon, Geytsin isə bu məqsədlə $3 milyon dollar yuyulmuş pul xərclədiyi bildirilir.

Bundan başqa Rusiyanın prezident seçkilərinə müdaxiləsi və Rusiya ilə Tramp kampaniyası arasında əlaqə ilə bağlı Konqres tərəfindən ayrıca təhqiqat aparılır.

ABŞ təhqiqat komitəsi 2017-ci ilin əvvəli Rusiya prezidenti Vladimir Putinin ABŞ demokratiyasını sarsıtmaq və Trampın seçkilərdə qalib gəlməsinə kömək etmək məqsədilə şəxsən müdaxilə edtiyi barədə nəticə çıxarıb.

Mallerin Manafortun və sabiq milli təhlükəsizlik üzrə məsləhətçi Maykl Flinnin fəaliyyətini nəzərdən keçirdiyinə inanılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken Avropa müttəfiqləri ilə danışıqlar üçün Almaniyadadır
please wait

No media source currently available

0:00 0:14:30 0:00
XS
SM
MD
LG