Accessibility links

Pol Manafortun vəkilləri onun üzləşdiyi problemlərdə biznes ortağını təqsirləndirib


Trampın sabiq kampaniya meneceri Pol Manafortun vəkilləri Virciniya ştatının Aleksandriya şəhərində vergi və bank fırıldaqçılıq ittihamları ilə bağlı məhkəmə prosesinin əvvəlində Manafortun üzləşdiyi problemlərdə biznes ortağını təqsirləndirib.

Manafortun vəkili deyib ki, Manafort əsasən sabiq biznes ortağı Rik Qeytsə və sabiq Ukrayna prezidenti Viktor Yanukoviç və onun Rusiya tərəfdarı Regionlar Partiyası üçün siyasi məsləhət işinin böyük hissəsi ilə əlaqədar ona pul ödəyən ukraynalı oliqarxlara görə məhkəmə qarşısına çıxarılıb.

Oktyabrda Manaforta qarşı ilk ittihamlar irəli sürüldükdə Qeyts ortaq şübhəli kimi təqdim edilmişdi. Lakin fevral ayında xüsusi məsləhətçi onlara qarşı ikinci ittihamnamə irəli sürdükdə Qeyts məhkəmə ilə əməkdaşlıq etmək qarşılığında iki nisbətən daha kiçik ittihamlara görə təqsirini etiraf edib.

Manafort isə mövqeyindən dönmür və offşor bank hesablarında milyonlarla dollar gəlirləri gizlətməsi barədə ittihamları rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG