Accessibility links

Manafortun həbs müddəti 10 il daha artırıla bilər


ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının keçmiş rəhbəri Pol Manaforta Vaşinqton məhkəməsi tərəfindən iki konspriya ittihamı üzrə çərşənbə günü hökm oxunacaq.

Hakim Emi Berman Manafortun 10 illik həbsə məhkum olunması haqda qərar çıxara bilər.

Manafort ötən həftə vergi və bank fırıldaqçılığı ittihamları ilə 47 aylıq həbsə məhkum edilmişdi.

Alacağı yeni cəzanı Manafort ötən həftə hökm oxunduğu cəza ilə birlikdə çəkə biləcəyi və ya yeni cəzanın hazırkı həbs müddəti bitdikdən sonra başlayacağına hakim Cakson qərar verəcək.

Cakson ötən il Manafortun şahidlərin ifadələrinə müdaxilə etdiyi ilə bağlı iddialarından sonra onun ev həbsini ləğv edərək, həbsxanaya salınmasına qərar vermişdi.

Məhkəmə işi Rusiyanın 2016-cı ABŞ seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerin təhqiqatının bir hissəsidir.

Ancaq Manaforta qarşı sürülən ittihamlar onun Trampın seçki kampaniyasında fəaliyyəti ilə deyil, Ukraynadakı Rusiyayönümlü siyasi partiya adına gördüyü işlərlə əlaqəldir.

Manafort Robert Müllerin istintaq qrupu ilə Rusiya təhqiqatında tam əməkdaşlıq etməyə razı olaraq təqsirkar olduğunu qəbul etmişdi. Lakin Cakson Manafortun müstəntiqlərə yalan söylədiyini əsas gətirərək, onun razılaşmanın şərtlərini pozduğuna dair qərar verib.

XS
SM
MD
LG