Accessibility links

Manafortun məhkəməsinə sədrlik edən hakim təhdid edildiyini deyir


Kevin Downing, left, and Thomas Zehnle, with the defense team for Paul Manafort, leave federal court during the second day of jury deliberations in the trial of the former Trump campaign chairman, in Alexandria, Va., Aug. 17, 2018.
Kevin Downing, left, and Thomas Zehnle, with the defense team for Paul Manafort, leave federal court during the second day of jury deliberations in the trial of the former Trump campaign chairman, in Alexandria, Va., Aug. 17, 2018.

ABŞ prezidenti Donald Trampın sabiq kampniya meneceri Pol Manafortun məhkəməsinə sədrlik edən hakim ölüm hədələri aldığını və hazırda ABŞ marşalı tərəfindən mühafizə olunduğunu bildirir.

Hakim T.S. Ellis cümə günü müxbirlərə bildirib ki, marşallar “mənim getdiyi hər yerə gedir. Mən hətta hotelə belə yalnız getmirəm”.

Müxbirlər Ellisin münsiflər məhkməsində iştirak edənlərin adlarını açıqlamasını istəsə də, hakim təhlükəsizlik səbəbilə onların tələbini rədd edib. Ellis deyib ki, əgər o, münsiflər məhkəməsinin adlarını açıqlasa, onlar da təhdidlər ala bilər və o onların “təhlükəsizliyini” istəyir.

Pol Manafort
Pol Manafort

Münsiflər məhkəməsi cümə danışıqların ikinci gününü heç bir qərar çıxarmadan yarım saat tez bitirib.

Tramp Manafortun məhkəməsini “acınacaqlı” adlandırıb.

Məncə Manafortun məhkəməsi çox acınacaqlıdır. O, çox qısa müddət mənim yanımda işlədi. Amma bilirsiniz, o çox yaxşı insandır. Məncə onların Manaforta etdikləri çox məyusedicidir”, Tramp cümə Ağ Evdə müxbirlərə bildirib.

Trampa 69 yaşlı Manaforta əfv çıxarmağı nəzərdən keçirib-keçirmədiyi barədə sual verilsə də, o bu sualı cavablandırmaqdan imtina edib.

Altı kişi və altı qadından ibarət münsiflər məhkəməsi cümə axşamı Virciniya məhkəməsində bağlı qapılar arxasında müzakirələrə başlayıb. Bu müzakirələr zamanı onlar hakimə dörd sual ünvanlayıb.

Prokurorlar və Manafortun vəkilləri çərşənbə günü son arqumentlərini dilə gətirib. Prokurorlar Manafortun həyatının “yalanlarla dolu olduğunu”, onun saraylar, bahalı maşınlar, kostyumlar, elekton mallar və başqa bahalı əşyalar aldığını deyib.

“Cənab Manafort çoxlu pulu olarkən, onu gizlətmək, olmayanda isə daha çox pul almaq üçün yalan söyləyib”-deyə, prokuror Qreq Andres söyləyib.

Lakin vəkil Riçard Vestlinq münsiflər məhkəməsinə deyib ki, Manafort bəraət qazanmalıdır, çünki hökümət Manafortun günahkar olduğunu sübut edə bilməyib.

XS
SM
MD
LG