Accessibility links

Manafortun vacib seçki məlumatlarını Rusiya kəşfiyyatına ötürdüyü bildirilir


Məhkəmə sənədlərindən məlum olub ki, ABŞ prezidenti Donald Trampın sabiq seçki kampaniyasının rəhbəri Pol Manafort 2016-cı ilin ortaları bir neçə ay ərzində kampaniyaya məxsus rəy sorğuları məlumatlarını Rusiya kəşfiyyatı ilə əlaqələri olan tərəfdaşı ilə paylaşıb.

Xüsusi prokuror Robert Müllerlə çalışan təhqiqatçılar Manafortun bu mübadilə haqqında onlara yalan danışdığını deyir.

Manafort isə sabiq biznes tərəfdaşı Konstantin Kilimnik ilə münasibətləri barədə ittihamları rədd edir. Təhqiqatçılar əslən ukraynalı olan Kilimnikin Rusiya kəşfiyyatı ilə əlaqələri olduğunu bildirirlər.

Manafortun vəkilləri ittihamları mübahisələndirməmək qərarı veriblər. Bu isə 2016-cı il seçki dövrü Tramp kampaniyasının Rusiya ilə sözləşməsi ilə bağlı təhqiqat üçün əhəmiyyətli məqamlardan biri ola bilər.

Vəkillər həm də maliyyə cinayətlərinə görə məhkəmə hökmünü gözləyən Manafortun həyəcan və depressiya keçirdiyini və bilərəkdən yalan danışmadığını bildirir.

XS
SM
MD
LG