Accessibility links

Manas Çamlı: Xameneyi ümid edir ki, Tramp yenidən prezident seçilməsin


Manas Çamlının sözlərinə görə, İslam Respublikası istəyir ki, dəstəklədiyi şiə silahlı dəstələri vasitəsilə Yaxın Şərq ölkələrində əldə etdiyi nüfuzuna və ballistik raket proqramına ciddi zərər dəymədən hazırda üzləşdiyi siyasi böhrandan çıxsın.

Manas Çamlı Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:13:37 0:00

Amerikanın Səsinə danışan türk fəal başda Seyyid Əli Xameneyi olmaqla İran liderlərinin ABŞ-la “müharibə” ya “müzakirə” ehtimalına dair söhbətlərini dəyərləndirib.

Xameneyi bölgədə öz əlinin və qolunun kəsilməsini istəmir. Çünki İslam Respublikasının əsası yayılmacı şiə siyasətinə dayanır.

“İranın tam səlahiyyətli bir məsulu var. O da, İslam Respublikasının dini lideri və əlbəttə ki, administrasiya və hərbi lideri Ayətulla Xameneyi. Onun bu xüsusda sözlərinə baxdığımız zaman, davamlı olaraq iki mövzunu vurğulayır; birincisi müzakirənin olmaması, ikincisi savaşən da olmaması,” Manas Çamlı söyləyir.

O, deyir, Xameneyi bu barədə duruma və hədəf kütləsinə görə fərqli mesajlar verir:

“Xameneyi çeşidli durumlarda çeşidli sözlər deyir. Tələbələrlə danışanda başqa şəkildə bəyanat verir. Əsgərlərə danışanda daha sərt söhbətlər edir. Xalqla da fərqli bir ədəbiyyatla danışır... O, müzakirə olmayacaq deyəndə, əslində xaricə mesaj verir. Savaş olmayacaq deyəndə isə ölkə daxilinə.”

Manas Çamlı
Manas Çamlı

Türk fəalın söylədiklərinə görə, “İranda savaş kimi makro məsələlərdə prezident bir kənara buraxılır və hər kəs ali liderin ağzına baxır. Son sözü də o deməlidir. Həm rəsmi orduya həm də Sepaha - yəni bütün sulahlı qüvvələrə son əmri o verməlidir. Buralarda prezidentin heç bir funksiyası yoxdur.”

İranda savaş kimi makro məsələlərdə prezident bir kənara buraxılır və hər kəs ali liderin ağzına baxır. Son sözü də o deməlidir.

Çamlı Xameneyinin İranın bölgədəki strateji dərinliyini və yayılmasını nəzərə alaraq müzakirə mövzusuna baxdığını önə çəkir.

“İranın hər zaman amerikalılarla əlaqəsi olub. Amma, dünya ictimaiyyətinin gözləri önündə ABŞ-la müzakirələrin olması da Xameneyi üçün uzaq bir məsələ deyil. Amma onun iki qayğısı var. Birincisi, bölgədə öz əlinin və qolunun kəsilməsini istəmir. Çünki İslam Respublikasının əsası yayılmacı şiə siyasətinə dayanır... İkinci məsələ də, ballistik raket proqramına məhdudiyyət qoyulmasını istəmir,” siyasi fəal ifadə edir.

Manas Çamlının sözlərinə görə, “hazırda Xameneyi sadəcə Amerikanın 2020-ci prezident seçkilərinin nəticəsinə, yəni Trampın yenidən prezident seçilməməsinə ümid bağlayıb. Öz sözlərində də var bu. Deyir ki, ən azı hazırkı administrasiya ilə müzakirə etmək istəmirik.”

XS
SM
MD
LG