Accessibility links

Azərbaycanda dollar qıtlığı kəskinləşir


Azərbaycan növbəti valyuta böhranının məngənəsindədir. Bu haqda ABŞ-ın aparıcı biznes xəbər agentliyi olan Bloomberg xəbər portalı məlumat verir.

Bloombergin yazdığına görə, paytaxtda dollar satışı olsa da iki devaluasiyadan sonra bankların çoxunda valyuta tükənib. Alıcıların isə valyuta təlabatı hələ də davam edir.

Bakıda valyuta məntəqələrində valyutanın satışı dayandırılıb ya da adambaşına satış $100 ilə $500 arasında məhdudlaşıb.

Son dörd gün ərzində mən təcili lazım olan 500 dollar ala bilməmişəm.

Demir Bankın kassirlərindən biri deyir ki, satışları adambaşına 100 dollara endirilməsinə baxmayaraq təlabata cavab vermək çətindir.

“Xarici valyutanın satışı bankların özü tərəfindən qərarlaşdırılır,” Maliyyə Bazarlarına Nəzarət İdarəsinin rəsmisi Rüfət Abbasov telefonda bildirir. O deyir ki, təmsil etdiyi qurum buna müdaxilə edə bilməz.

Azərbaycanın insanlarının manata inamını bərpa edə bilməməsi və banklara təziqin yaratdığı risklər valyuta bazarında milli valyutaya marağını azaldıb. Standard and Poor Global Ratings-in məlumatına əsasən əmanət hesabının 80 faizini dollar təşkil edir.

İqtisadiyyatı neft gəlirlərinə əsaslanan Azərbaycanda neft qiymətlərinin ucuzlaşması dərin maliyyə böhranı yaradıb.
İqtisadiyyatı neft gəlirlərinə əsaslanan Azərbaycanda neft qiymətlərinin ucuzlaşması dərin maliyyə böhranı yaradıb.

2015-ci ildə dəyərinin yarıya qədərini itirən manat bu il dəyərinin 7 faizini itirib. Tacik pulundan sonra sabiq sovet respublikaları arasında ən çox dəyər itirən pul vahidi manatdır.

Mərkəzi Bank ehtiyatlarının 2/3 dən çoxunu neftin qiymətinin düşdükdən sonra manatın dəyərini saxlamağa sərf edib. Daha sonra Mərkəzi bank sərbəst üzmə sisteminə keçsədə son iki ayda rəsmilər dollara təlabatı kifayət qədər təmin edə bilməyib.

Suveren sərvət fondu Sofaz həfətədə iki dəfə keçirilən auksionda sadəcə 50 miliyon dollar satışa çıxarsa da bankların dollar tələbatın qarşılaya bilməyib. Marja maliyyə xəbər portalının məlumatına əsasən auksionda dollara təlabat 12 dəfə artıb.

Mərkəzi bank həmçinin bu il manatın dəyərini gücləndirmək və əmanət hesablarında yerli valyutaya əhəmiyyət verilməsi üçün faizləri üç dəfə artıraraq 2008-ci ildən bu yana ən yüksək səviyyəyə çıxarıb.

Bakıda sahibkarların dediyinə görə dollara təlabat son bir neçə gündə kəskin artıb. Bankların ehtiyatı tükənməyə başlayıb.

Bakıda sahibkarların dediyinə görə dollara təlabat son bir neçə gündə kəskin artıb. Bankların ehtiyatı tükənməyə başlayıb. Banklar tərəfindən bu haqda rəsmi açıqlama verilməyib. Beynəlxalq Bank və Mərkəzi Bankın mətbuat xidməti bu məsələ ilə bağlı açıqlama vermək istəməyib.

Bankların satışa məhdudiyyət gətirməsi qara bazarda satışları artırıb. Nərimanov metrosu yaxınlığında bir dollar 1.7 manata dəyişdirilib. Rəsmi məzənnə isə Mərkəzi Bank tərəfindən 1.62 manat olaraq müəyyənləşdirilib.

“Son dörd gün ərzində mən təcili lazım olan 500 dollar ala bilməmişəm,” deyə Nərimanov metrosu yaxınlığında bankdan ayrılan sakin bildirib.

XS
SM
MD
LG