Accessibility links

"Ölkəyə gələn dollarlar ölkədən gedən dollarlardan azdır" [Audio-Müsahibə]


İqtisadçı ekspert Samir Əliyev Azərbaycanda dollar qıtlığını şərh edir

Beynəlxalq mətbuat Azərbaycanda kəskin dollar qıtlığının yarandığını xəbər verir. İqtisadçı ekspert Samir Əliyev Amerikanın Səsinə müsahibədə Azərbaycanda dollar qıtlığının dollar “qara bazar”ında yaratdığı canlanmanı bir neçə səbəblə izah edir.

please wait

No media source currently available

0:00 0:09:42 0:00

“Ölkəyə gələn dolların həcmi ölkədən gedən dollardan azdır. Dollar qıtlığı daha çox özünü iyun ayından göstərməyə başlayıb. Mərkəzi Bank həftədə iki dəfə dollar hərracı keçirir. Bunun da nəticələri tələbin təklifi üstələdiyini göstərir…. Tələb təklifdən 12-13 dəfə çoxdur. Bunun da səbəbini bir nə amillə dəyərləndirmək olar. Birinci - bankların özlərinin borcları, ikinci səbəb idxal, üçüncüsü isə yay turizm fəslidir ki, azərbaycanlıların əksəriyyəti Gürcüstan, Türkiyə və Rusiya kimi ölkələrdə istirahət edir,” deyə ekspert bildirir.

Əgər hökumət konkret addımlar atmasa, müəyyən islahatlara getməsə, iş yerlərinin açılması və işsizliyin qarşısının alınmasında konkret addımlar atmasa, bu, əhalinin narazılığına gətirib çıxara bilər

Problemli kreditlərin aradan qaldırılması üçün islahat proqramlarına ehtiyac olduğunu vurğulayan Samir Əliyev hökumətin kompensasiya siyasətinin buna yardım edə biləcəyini deyir.

“Bankların vaxtı ilə məsuliyyətsiz kreditləşdirmə siyasəti və ən əsası devalvasiyadır. Devalvasiya səbəbi ilə dollar kreditlərinin aylıq ödənişləri ən azı iki dəfə artıb. Bu da kreditlərin ödənilməsini çətinləşdirir. Bu problem həll edilməlidir. Hökumət bu problemi banklar və əhali üzərinə atıb. Hökumət müəyyən bir dəstək addımları atmalıdır. Bankların kredit faizlərini aşağı salması və ödəniş müddətini uzatması vətəndaşların vəziyyətini yaxşılaşdırmadı. Problemli kreditlər hökumətin siyasətinin nəticəsidir. Buna görə də hökumət problemli kreditlər üzrə fond yaratmalıdır. Bu mexanizm onunla bağlıdır ki, Mərkəzi Bank 3 faizlə 20 illik manat krediti versin,” Samir Əliyev sözünə davam edib.

Ekspert Azərbaycanda manatın daha bir devalvasiyaya uğramaması və valyuta qıtlığı ilə bağlı hökumətin əlavə tədbirlər görməsini vacib hesab edir.

Hazırkı durumun sosial və siyasi nəticələrinə gəldikdə isə Samir Əliyev Rusiya və dövlər büdcəsindən əldə edilən gəlirlərin kəskin azaldığını deyib.

“Devalvasiya nəticəsində qiymətlər əhəmiyyətli dərəcədə qalxıb və bu proses davam etməkdədir. Əgər hökumət konkret addımlar atmasa, müəyyən islahatlara getməsə, iş yerlərinin açılması və işsizliyin qarşısının alınmasında konkret addımlar atmasa, bu, əhalinin narazılığına gətirib çıxara bilər. Bu, heç bir hakimiyyət üçün arzuolunan hal deyil,” deyə iqtisadçı bildirib.

XS
SM
MD
LG