Accessibility links

Maliyyə Nazirliyi: Yoxlamalar dövlət büdcəsinə 4 mln. 910,3 min manat vəsaitin bərpasını təmin edib


Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2014-cü ildə aparılmış yoxlamalar dövlət büdcəsinə 4 mln. 910,3 min manat məbləğində vəsaitin bərpasını təmin edib.

Nazirliyin məlumatına görə, 2014-cü ildə Xidmət tərəfindən 14 rayon (şəhər) İcra Hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhərlər (kəndlər və qəsəbələr) üzrə ərazi nümayəndəliklərinə, mənzil kommunal təsərrüfatı qurumlarına, həmçinin 14 təhsil, 7 tibb, 1 mədəniyyət, 2 meliorasiya müəssisəsinə və 2 diplomatiknümayəndəliyə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi, habelə Maliyyə Nazirliyinin 5 yerli maliyyə orqanının yerli gəlir və xərclərin tərtibi və icrası üzrə işləri yoxlanılıb.

107,9 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilmiş bir təşkilat üzrə yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib. Təhsil sistemində yoxlamalar əsasında normadan artıq saxlanılmış 702,5 ştat vahidi ləğv edilib.

Maliyyə qaydala­rının pozulmasına yol vermiş 914 nəfər vəzifəli şəxs barəsində inzibati tədbirlər görülüb. Həmin şəxslər 516,6 min manat məbləğində cərimə edilib, vəsaitlər dövlət büdcəsinə köçürülüb.

Maliyyə orqanlarının 3 vəzifəli şəxsi tutduqları vəzifədən azad edilib, 8 vəzifəli şəxsə töhmət, 3 vəzifəli şəxsə xəbərdarlıq elan edilib.

Nazirlik bildirir ki, xidmətin mütəxəssisləri tərəfindən Baş Prokurorluğun məktublarına və məhkəmə orqanlarının qərarlarına əsasən ümumilikdə 6 mln. 27,2 min manat məbləğində israfçılıq halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün Baş Prokurorluğa göndərilib.

XS
SM
MD
LG