Accessibility links

“Mançester Siti”: Dünyanın ən dəyərli futbol klubu


“Mançester Siti” rəsmi olaraq dünyada ən bahalı futbol brendi oldu.

ABŞ şirkəti olan Silver Lake 500 milyon qarşılığında “Mançester Siti” futbol klubunun səhmlərinin 10 faizini əldə edib. Bu da ingilis klubunun ümumi dəyərini rekord məbləğə - 4.8 milyarda yüksəldib.

Sözügedən brend ABŞ, Avstraliya Çin və başqa ölkələrdən olan komandaları özündə cəmləşdirir. Amma əsas inci “Mançester Siti” hesab edilir. Uzun illərdir ki, “şəhərlilər” əsas rəqibləri olan “Mançester Yunayted”in kölgəsində olublar. Lakin Yaxın Şərqdən gələn böyük investisiya komandanı Böyük Britaniyanın və dünyanın ən yaxşılarından birinə çevirib.

“Mançester Siti” Premyer Liqanın sonuncu qalibidir və bu mövsüm də qızıl medallara iddialıdır.

Bununla yanaşı, Mançester təmsilçisi bu yaxınlarda verilən məlumatlara əsasən, 687 milyonluq rekord gəlirə sahibdir. Silver Lakeüçün bu, idman sahəsinə edilmiş ilk yatırımdır. Bir çox mütəxəssis hesab edir ki, şirkəti ən çox klubun Premyer Liqa oyunlarının teleyayım haqqlarını cəlb edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG