Accessibility links

İngiltərə polisi Mançester hücumunun təhqiqatı ilə bağlı məlumatı müvəqqəti ABŞ-la bölüşməyəcək


Britaniya baş naziri Teresa Meyin ABŞ prezidenti Donald Trampa ABŞ-ın Mançester hücumunun təhqiqatları ilə bağlı detalları mətbuata sızdırmasına dair narahatlığını ifadə edəcəyi gözlənilir.

Tramp bu gün səhər NATO sammitindən əvvəl Avropa İttifaqı Şurasının prezidenti Donald Taskla və Avropa Komitəsinin rəhbəri Jan Klod Yunkerlə Avropa Birliyinin baş qərərgahında görüş keçirib.

Tramp terrorizmi dünyanın üzləşdiyi birnömrəli problem adlandırıb və terrora qarşı mübarizədə böyük irəliləyiş əldə edildiyini bildirib.

BBC-nin verdiyi məlumata görə, Mançester hücumunu təhqiq edən polis məsələnin mətbuata sızmasından qəzəblənərək təhqiqatlarla bağlı məlumatı amerikalı həmkarları ilə bölüşməyi dayandırıb.

Reuters xəbər agentliyi bildirib ki, polis məlumatının Birləşmiş Ştatlarla bölüşmə prosesinin dayandırılması rəsmi Vaşinqton məlumatın sızdırılmasının dayandırılacağına dair əminlik ifadə edənədək qüvvədə qalacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG