Accessibility links

Nelson Mandelanın vəziyyəti ağır, lakin sabitdir


Cənubi Afrika Respublikasının sabiq prezidenti Nelson Mandelanın vəziyyəti ağır, lakin sabitdir.

Ölkə prezidenti Ceykob Zuma vətəndaşları 95 yaşlı Mandela üçün dua etməyə çağırıb.

Mandela iyun ayından bəri tənəffüs orqanlarının infeksiyası ilə Pretoriya xəstəxanasındadır.

Son illər sabiq prezidentin vəziyyəti ağırlaşıb.Aparteidə son qoyan Mandela 1984-cü ildə Cənubi Afrikaya ilk qaradərili prezident seçilmişdi.
XS
SM
MD
LG