Accessibility links

WikiLeaks-ə ABŞ-ın gizli məlumatlarını sızdıran əsgərin məhkəmə prosesi davam edir


WikiLeaks-ə ABŞ-ın gizli məlumatlarını sızdıran sıravi əsgərin məhkəmə prosesi bu gün davam etdirilib. Dünən hakim Bredli Manninq barədə hökm çıxarıb. O, düşmənə köməklik etmə maddəsi üzrə günahkar tanınmayıb. Bu ittihamla Manninq ömürlük həbs cəzasına məhkum edilə bilərdi.

Lakin məhkəmə onu ictimai mülkiyyət oğurluğu və qeyri-qanuni şəkildə məlumatların yüklənməsi ittihamlarına görə müqəssir elan edib.

Bradli Manninq İraqda kəşfiyyat analitiki kimi xidmət göstərdiyi vaxt böyük həcmli məxfi diplomatik yazışmalar və İraq, Əfqənistan müharibəsinə aid hərbi hesabatları qeyri təhlükəsiz internet səhifəsinə ötürüb.

Ittihamlara Manninqin Bağdadda Amerikanın hərbi vertolyotunun hücumu nəticəsində mülki vətəndaşlar və Reuters xəbər agentliyinin jurnalistlərinin ölümü ilə bağlı məlumatın yayılması da daxildir.


2010-cu ilin may ayından nəzarət altında olan sabiq əsgər casusluq ittihamı ilə 136 il müddətinə azadlıqdan məhrum oluna bilər.

Manninqin vəkili 25 yaşı müvəkkilini “gənc, sadəlöhv və yaxşı niyyətli” və ictimaiyyəti ABŞ-ın xarici siyasəti barədə məlumatlandırmaq istəyən bir vətəndaş adlandırıb.

WikiLeaks-in təsisçisi Culian Assanj Manninqin azadlığına çağıraraq, onun məhkəməsini “ milli təhlükəsizlik ekstremizmi”adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimi olub
please wait

No media source currently available

0:00 0:11:40 0:00

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG