Accessibility links

Azərbaycanlı fotoqraf Associated Press agentliyinin Yaxın Şərq regionu üzrə foto-redaktoru təyin edilib


Azərbaycanlı fotoqraf Associated Press agentliyinin Yaxın Şərq regionu üzrə foto-redaktoru təyin edilib
Azərbaycanlı fotoqraf Associated Press agentliyinin Yaxın Şərq regionu üzrə foto-redaktoru təyin edilib

Azərbaycanlı fotoqraf Mənuçehr Diqqəti Assoşieyted Press agentliyinin Yaxın Şərq regionu üzrə foto-redaktoru vəzifəsinə təyin edilib. Qahirədə qərargahlanan bu vəzifədə Mənuçehr Diqqəti agentliyin Yaxın Şərq, habelə Əfqanıstan və Pakistanda çəkilmiş bütün foto layihələrinə rəhbərlik edəcək.

Mənuçehr Diqqəti 1954-cü ildə Urmiyada anadan olub. 56 yaşlı fotoqraf faəliyyətə Fransanın Agence Press agentliyində başlayaraq, 1979-cu ildə İranda islam inqilabından sonrakı illər haqda foto-reportajlar hazırlayıb. 30 illik fəaliyyəti ərzində o, dünyanın ən mürəkkəb və münaqişəli regionlarında çalışıb, foto-jurnalistika sahəsində çox yüksək mükafatlara layiq görülüb.

Mənuçehr Diqqəti son zamanlar Bakıda fəaliyyət göstərib. O, humanitar layihərlədə iştirak edərək, Əfqanıstanda Kabildə AİNA jurnalistika institutunun təsisçilərindən biri olub.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG