Accessibility links

ATƏT PA Maqnitski qətnaməsini qəbul edib


ATƏT, Avropa Birliyi və Norveç səfirliyi müxalifət fəallarının həbsindən narahatdır
ATƏT, Avropa Birliyi və Norveç səfirliyi müxalifət fəallarının həbsindən narahatdır

Qətnamədə söhbət insan hüquqlarını pozan dövlət məmurlarından, məsələn Hermitage Capital Fondunun hüquqşünası Sergey Maqnitskinin həbsxanada ölümünə səbəb olan vəzifəli şəxslərdən gedir.

ATƏT-in Parlament Assambleyası Maqnitski qətnaməsini qəbul edib.
ATƏT-in Parlament Assambleyası iyulun 8-də Rusiyada insan hüquqlarını pozan məmurlara qarşı Avropa ölkələrinin sanksiyalar tətbiq etməsinə çağırış edən “Maqnitski qətnaməsi”ni qəbul edib.
Qətnamədə söhbət insan hüquqlarını pozan dövlət məmurlarından, məsələn Hermitage Capital Fondunun hüquqşünası Sergey Maqnitskinin həbsxanada ölümünə səbəb olan vəzifəli şəxslərdən gedir.
“Rusiyada qanunçuluq: Sergey Maqnitskinin işi” adlanan sənədi əsas müəllif, ATƏT-in Parlament Assambleyasının sədri Joao Soareş, həmçinin Rusiya prezidenti Vladimir Putinlə “sevimli” opponentlik edən amerikalı senator Con Makeyn müdafiə edib.
Xatırladaq ki, Hermitage Capital Fondunun hüquqşünası Sergey Maqnitski 2009-cu ilin noyabrında Rusiyada həbsxanada vəfat edib. Onun ölümü Rusiyada və qərbdə böyük əks-səda doğurub. Amerikada Merilend ştatından demokrat-senator Benjamin Kardinin müəllifliyi ilə Rusiyada Maqnitskinin ölümündə günahkar olan məmurların Amerikaya gedişini qadağan edən qanun qəbul edilib. Qanun həmçinin həmin məmurların Amerikadakı bank hesablarını dondurulmasını nəzərdə tutur.
Yeni qanuna görə, Maqnitskinin ölümündə günahkar olan məmurların siyahısı hazırlanacaq. Amma, bu siyahı ola bilsin ki, Amerikanın milli təhlükəsizlik maraqları baxımından ictimaiyyət üçün açıq olmasın. Çoxsaylı senatorlar məmurların siyahısının açıq olmasını istəyib, belə ki, bu insan hüquqlarını pozanlara qarşı mübarizə baxımından əhəmiyyətlidir. Çünki, xalq “qəhrənman”larının adını bilməlidir.
Hermitage Capital Fondunun rəhbəri Uilyam Brauder hesab edir ki, qanunun əhəmiyyəti insan haqlarını pozan məmurların siyahısının açıqlanmasındadır. “Qanunu pozanlarının siyahısının xalqdan gizli saxlanması Barak Obama administrasiyasının təşəbbüsü ilə olub. Onlar Rusiya ilə mübahisə yaratmaq istəmir”.
2012-ci ilin iyulunda Rusiya müxalifətinin nümayəndələri Boris Nemsov və Harri Kasparov Amerika Konqresinə siyahıya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurovun, hakim Olqa Borovkovanın, mayın 6-da Bolotno meydanındakı qarşıdurma ilə bağlı yalan ifadə vermiş omonçuların, həmçinin Pussy Riot işini aparan müstəntiqin adının salınmasını təklif edib.
“Maqnitski siyahısı” Kremldə neqativ reaksiya doğurub. Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonu əks tədbirlər görəcəyi ilə hədələyib. Rusiya Dumasının spikeri Valentin Matviyenka bəyan edib ki, “Rusiya belə soyuq jesti qəbul etməyəcək”.
XS
SM
MD
LG