Accessibility links

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirilib


Maqsud Mahmudov
Maqsud Mahmudov

Keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirilib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub.

Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

Açıqlama ilə bağlı Maqsud Mahmudovun özü və ya yaxınları münasibət bildirməyib.

Azərbaycanın beynəlxalq axtarışa verdiyi 52 yaşlı Maqsud Mahmudovun Ukraynada, hələ ötən ilin aprelində saxlandığı açıqlanmışdı. Onun 2019-cu ildən Ukraynaya gəldiyi və sığınacaq almaq istədiyi vurğulanırdı. Amma o, həmin vaxt Azərbaycana təhvil verilməmişdi.

M. Mahmudov ictimaiyyətə müxalifətin aksiyalarından tanış idi. O, müxalifətin təşkil etdiyi mitinqlərə gəlib, özünü hakimiyyətin müdafiəçisi kimi təqdim edirdi.

2019-cu ildə isə o, Azərbaycanı tərk etdikdən sonra həmin əməllərinə görə, üzr istəmiş və bunu məcburiyyətdən etdiyini bildirmişdi. M.Mahmudov beynəlxalq axtarışa verildikdən sonra da açıqlama yayaraq bunu əvvəlki hərəkətindən peşman olması və üzr istəməsinə cavab tədbiri kimi dəyərləndirmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG