Accessibility links

Mar-a-Laqo istirahət mərkəzinin agentlərini aldadaraq içəri daxil olan qadın həbs edilib


Ötən həftə üzərində zərərli kompütor proqramı olan cihazla ABŞ prezidenti Donald Trampın Florida ştatındakı istirahət mərkəzinə daxil olan çinli qadın həbs olunub.

Bazar ertəsi federal prokurorlar tərəfindən təqdim edilən məhkəmə sənədlərində Şininq Hanq prezident Trampın Mar-a-Laqo istirahət mərkəzində məxfi xidmət agentlərinə yaxınlaşaraq mərkəzin üzvü olduğunu və hovuza getmək istədiyini deyərək fərdi kluba daxil olmaq istəyib.

Baxmayaraq ki, agentlər əvvəl onun adını üzvlər siyahısında tapa bilməyib, klubun meneceri qadının klubun üzvünün qızı olduğunu ehtimal etdikdən sonra onun içəri daxil olmasına icazə verilib.

Lakin kluba daxil olduqdan sonra Şininq klubun işçilərindən birinə orada Birləşmiş Millətlər Təşkilatı Çin Amerika Birliyi tərəfindən keçirilən tədbirdə iştirak etmək istədiyini bildirib. İşçilər belə bir tədbirin cədvəldə olmadığını müəyyən etdikdə, məxfi xidmət agentləri məlumatlandırılıb və Şininq həbs edilib.

Şininqin əşyaları yoxlanılıb və onun üzərində dörd mobil telefon, laptop kompüteri, hard drive və zərərli proqram yüklənmiş “thumb drive” adlanan kiçik yaddaş kartı aşkar edilib.

Şininq federal agentlərə yalan deməkdə və qanunsuz olaraq məhdud əraziyə daxil olmaqda ittiham olunur.

Məxfi Agentliyin bəyanatında bildirilir ki, agentlik Mar-a-Laqo mərkəzinə kimin dəvət edilməsi və ya kimin daxil ola bilməsini müəyyən etmir. Bəyanatda deyilir ki, buna mərkəzin rəhbərliyi məsuliyyət daşıyır.

XS
SM
MD
LG