Accessibility links

Mar-a-Laqoya daxil olan çinli qadın zaminə buraxılmayıb


Yucinq Janqın məhkəməsi

ABŞ prezidenti Donald Trampa məxsus Mar-a-Laqo kurort zonasına qanunsuz olaraq daxil olmaq üçün yalan danışmaqda ittiham olunan çinli qadın zaminə buraxılmayıb.

Təqsirli bilinərsə, Janq beş il həbs cəzası ilə üzləşə bilər.

Florida ştatının federal hakimi bazar ertəsi 33 yaşlı Yucinq Janqı zaminə buraxmağı rədd edib və onun əməl və bəyanatlarının “onun məqsədinin pis olduğunu” göstərdiyini və azad olunsa “ekstremal dərəcədə qaçmaq riskinin” olduğunu deyib.

Janq ötən ay federal agentlərə yalan danışmaq və qadağan edilmiş əraziyə daxil olmaq ittihamlarını rədd edərək, günahsız olduğunu bildirib.

Mar-a-Lago kompleksi, Palm Beach, Florida.
Mar-a-Lago kompleksi, Palm Beach, Florida.

Janqın həmin an yaxınlıqdakı qolf klubunda olan prezidentə yaxınlaşdığına dair heç bir əlamət yoxdur.

Təqsirli bilinərsə, Janq beş il həbs cəzası ilə üzləşə bilər.

Prokurorlar daha öncə Janqa üzərində içində virus olan yaddaş kartı daşıdığına dair irəli sürdükləri ittihamları aradan qaldırıb.

XS
SM
MD
LG