Accessibility links

Mark Behrendt: Azərbaycanda mövcud qanunvericilik media azadlığını geniş şəkildə məhdudlaşdırır


Mark Behrendt: Azərbaycanda mövcud qanunvericilik media azadlığını geniş şəkildə məhdudlaşdırır
please wait

No media source currently available

0:00 0:05:50 0:00

Freedom House təşkilatının Avropa və Avrasiya proqramlarının direktoru Mark Behrendt Amerikanın Səsinə müsahibədə Azərbaycanda media azadlığı durumunu şərh edib.

Amerikanın Səsi: Cənab Behrendt, Azərbaycanda ümumi media azadlığı mühitini necə xarakterizə edərdiniz?

Mark Behrendt: Freedom House hesabatlarında Azərbaycanda media azadlığını çox uzun müddətdir dəhşətli kimi xarakterizə edir.

Yəni orada media azad deyil, heç bir şəkildə azad deyil. Təbii ki, Konstitusiyada medianı qoruyan çox müddəalar var. Amma həm praktikada, həm də reallıqda mövcud qanunvericilik media azadlığını geniş şəkildə məhdudlaşdırır.

Və mən bizim illər boyu müəyyən etdiyimiz uzun problemlər siyahısından danışa bilərəm.

Amerikanın Səsi: Bir çox ekspertlər prezident İlham Əliyevin 2022-ci ilin fevralında imzaladlığı media haqqında yeni qanunun Azərbaycanda media azadlığına daha da məhdudiyyətlər qoyacağını iddia edir? Bununla bağlı fikriniz nədir? Bu yeni qanun nəticəsində jurnalistlərin hansı maneələrlə üzləşəcəyini gözləyirsiniz?

Mark Behrendt: Əlbəttə ki, baxmayaraq ki, bu qanun islahat kimi təqdim edilmişdi, məncə bir çox cəbhədə, şübhəsiz ki, məhdudlaşdırcı olacaq. Birincisi odur ki, hökumət özü kimin jurnalist olub-olmadığını müəyyən edə biləcək və jurnalist reyestri yaradacaq. Bu da həqiqətən, son nəticədə mediaya qorxunc təsir göstərəcək.

Siyahıda olmayan jurnalistlər - biz əlbəttə ki, tənqidi jurnalistlərin siyahıya daxil ediləcəyini gözləmirik - onlar hədə-qorxuya məruz qalacaq və əks halda sahib ola biləcəkləri bütün müdafiələrini itirəcəklər. Məsələn əgər onlar birdən hər hansı bir etirazı işıqlandırsalar, etirazda iştirak etdiklərinə görə həbs oluna bilərlər.

Bu qanun həm də media orqanlarının xaricdən maliyyə almalarını qadağan edir. Bu da əsas etibarı ilə problemdir. Hökumət meynstrim media bazarını, televiziya stansiyalarını, radio stansiyalarını, əhali üçün əlçatan olan geniş məlumatları ələ keçirib. Ona görə də, orada yeganə müstəqil məlumatlar çox az maliyyələşdirilən QHT tipli onlayn olan media orqanlarından gəlir. Onlar isə reklamdan gələn gəlirləri əldə etməkdə çox çətinlik çəkirlər və işlərini görmək üçün kənardan dəstək almağa ehtiyac duyurlar. Ona görə də bu qanun, həqiqətən də, bir çox müstəqil məlumata qapını bağlayacaq.

Başqa yerlərdə də gördüyümüz kimi, bu mexanizmlə xarici media orqanları daha çox nəzarət olunacaqlar, xarici KİV-lər ölkədə nümayəndələrinin olmasına, ölkədə qeydiyyatdan keçməyə məcbur ediləcəklər. Və biz, şübhəsiz ki, bunun Türkiyədə və digər yerlərdə çox dəhşətli olduğunu görmüşük. Və mən Azərbaycanda da belə olacağını gözləyirəm.

Və əlbəttə ki, milli təhlükəsizlik məsələlərinin işıqlandırması ilə bağlı müəyyən edilmiş geniş məhdudiyyətlər var ki, onlar da hökumətin jurnalistlərə hər hansı tənqidi xəbərə görə hücum etməsini asanlaşdıracaq.

Amerikanın Səsi: Bəzi ekspertlər Rusiyanın Ukraynaya müdaxiləsinin təkcə Ukrayna və Rusiyada deyil, həm də regionun digər ölkələrində, o cümlədən Azərbaycanda media azadlığının vəziyyətinə mənfi təsir göstərdiyini iddia edirlər. Buna münasibətiniz nədir?

Mark Behrendt: Əlbəttə ki, bütün bölgədə tənqidi şərhlər etmək çox mümkün deyil. İnsanlar qütbləşirlər, qəzəblənirlər. Bilirsiniz, müharibə inanılmaz dərəcədə qütbləşdirici və bölücüdür.

İnsanlar başqa fikirlərə sahib olan insanlara daha az dözümlüdürlər. Bu da həmişə ifadə azadlığına zərər verir.

Şübhəsiz ki, müharibə zamanı dezinformasiya böyük problemə çevrilib və biz bunu Rusiya və Ukraynada da görürük. Ancaq bütün regiondakı media mühiti bu məlumatlardan təsirlənir. Və bu məlumata nəzarət etməyin ən asan yolu onu bağlamaq, qadağan etmək, bəyənmədiklərini müəyyən etməkdir. Amma əlbəttə ki, bu, çox ixtiyaridir, xüsusilə də Azərbaycan kimi güclü media azadlıqlarının olmadığı ölkələrdə. Bu sadəcə olaraq tənqidə hücum etmək üçün bir alət olacaq.Ona gprə də mən bunun hər cür problemlərə səbəb olacağını düşünürəm.

Amerikanın Səsi: Beynəlxalq ictimaiyyəti hansı yollarla Azərbaycan kimi media mühitini məhdudlaşdıran ölkələrdə media azadlığının təşviqinə kömək edir? Və sizcə, onların gördüyü tədbirlər müsbət nəticə verirmi?

Mark Behrendt: Həqiqət budur ki, insanları sonsuza qədər repressiya edə bilməzsən. Xəbəri çatdırmaq, məlumatı bölüşmək, korrupsiyanı araşdırmaq və bənzər şeylər etmək istəyən insanlar olacaq. Və bu insanlar bunu etməyə davam edəcəklər.

Onlar mütləq dəstək alırlar və onların kənardan dəstəyə ehtiyacları var.

Bəzən bu, araşdırmaçı jurnalistika layihələri həyata keçirmək, təlimlər keçmək və avadanlıq təmin etməklə olur. Bəzən də ölkəni tərk etmək üçün yer verməklə. Tənqidi jurnalist olmaq riskini almaq hər bir jurnalist üçün çətindir. Və Azərbaycanda yaşayan insanlar və ya jurnalistlərin üzləşəcəyi riskləri kənardakılar deyə bilməz. Amma onlar bu riskləri alırsa, belə desək, bilərəkdən hökuməti qəzəbləndirirsə, biz onları qorumalıyıq və onlar fövqəladə maddi yardım və psixososial dəstək, eləcə də beynəlxalq müdafiə yolu ilə onlara yardım etməliyik.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG