Accessibility links

Mariya qasırğası şiddətli yağışlarla Puerto-Rikonu təsirinə məruz qoyub


Mariya qasırğası şiddətli yağışlarla Puerto-Rikonu təsirinə məruz qoyub. İşiqlar kəsilib, bir çox yeri daşqınlar basıb, bir nəfər həlak olub.

Təsir Dominikan Respublikasısı ilə müqayisədə az olsa da, hələ də ciddi hesab edilir.

Son 90 ildə ABŞ ərazisi olan Puerto-Rikoda bu, ən şiddətli təbii fəlakətdir. Qasırğanın vurduğu ziyanın dəyəri hələ bəlli deyil. Lakin icmalar heç bir kommunikasiyaya malik olmadan tədric olunmuş vəziyyətdədir.

Puerto-Rikonun Fövqəadə Hallar Agentliyinin rəhbəri Abner Qomez deyib ki, qasırğa qarşısına çıxan hər yeri viran edib.

Birləşmiş Ştatların Qasırğa Mərkəzi əvvəlcədən sürəti saatda 280 km. olan və güclü yağışlarla müşayiət olunan qasırğanın çərşənbə günü Puerto-Riko adasına yaxınlaşacağını proqnozlaşdırmışdı.

Bundan əvvəlki İrma qasırğası Puerto-Rikodakı binaların 70 faizini enerjisiz buraxmışdı və təqribən 1 milyona yaxın zərər vurmuşdu. Qasırğa artıq Fransa adası sayılan Quadelopada 1 insanın həyatının itirməsinə səbəb olub.

Fırtına Martinikada daşqınlara səbəb olub. Rəsmilər bildirir ki, Dominikan adasında vəziyyət daha acınacaqlıdır. Demək olar ki, bütün evlərdə çatlar əmələ gəlib.

Bir neçə gün ərzində baş verəcək ikinci fırtına bəzi Karib adaları üçün daha çətin ola bilər.

Qasırğa sezonu bir müddət daha davam edəcək. İrmadan sonra yaranan Xose qasırğası bir qədər zəif olsa da, ABŞ-ın şərq sahilində təhlükəli dalğalara və axınlara səbəb olub.

XS
SM
MD
LG