Accessibility links

Mariya Butina ABŞ-da Rusiyanın "gizli agenti" kimi fəaliyyət göstərməkdə ittiham edilib


ABŞ rəsmiləri Rusiyanın adından Milli Silah Assosiasiyası ilə əlaqələr qurub, özünü silah hüquqları müdafiəçisi kimi təqdim edən Rusiya vətəndaşı Mariya Butinanı həbs edib. Ona qarşı Moskvanın Birləşmiş Ştatlarda təsirinin artırılması fəaliyyətlərinin bir hissəsi olaraq ABŞ-ın siyasi təşkilatlarına sızmaq məqsədilə qəsd ittihamları irəli sürülb.

29 yaşlı Mariya Butina Twitter səhifəsində özünü “Silah hüququ” ictimai təşkilatının təsisçisi adlandırır. Rusiyanın yüksək səviyyəli rəsmisinin xüsusi yardımçısı kimi çalışan Butina bazar günü Vaşinqtonda Federal Təhqiqat Bürosu tərəfindən həbs edilib.

Bazar ertəsi günü Butina federal məhkəmə qarşısına çıxarılıb. Məhkəmədə ona baş prokurora xəbərdarlıq etmədən ABŞ-da Rusiya hökumətinin agenti kimi çalışmaq ittihamları irəli sürülüb.

Mariya Butinaya qarşı ittihamlara dair məhkəmə sənədinin foto surəti
Mariya Butinaya qarşı ittihamlara dair məhkəmə sənədinin foto surəti

Hakimin qərarı ilə o, çərşənbə günü zəmanətə buraxılmasına dair dinləməyə qədər nəzarət altına alınıb.

Federal Təhqiqat Bürosu Butinanı 2016-cı ilin avqust ayında tələbə vizası ilə Birləşmiş Ştatlara daxil olana qədər bir neçə dəfə ABŞ-da olan “gizli agent” kimi təsvir edib.

Federal Təhqiqat Bürosunun sənədində onun çalışdığı Rusiya rəsmisinin adı qeyd edilməyib, lakin təsvirə əsasən, bu, Rusiyanın mərkəzi bankının sədrinin müavini və keçmiş Federasiya Şurasının Rusiya prezideni Vladimir Putinin “Yedinaya Rossiya” partiyasından keçmiş üzvü Aleksandr Torşin ola bilər.

Mariya Butinanın Twitter səhifəsi
Mariya Butinanın Twitter səhifəsi

Butinanın vəkili Robert Driskoll açıqladığı bəyanatda onun “Rusiya Federasiyasının agenti olduğu”nu inkar edib. O, Butinanın ABŞ-da tələbə vizası əsasında olan Rusiya vətəndaşı olduğunu bildirib.

ABŞ sanksiyaları

ABŞ-ın Maliyyə Nazirliyi aprel ayında Torşin və Rusiya hökumətinin başqa 16 yüksək səviyyəli rəsmilərinə qarşı “bütün dünyada zərərli fəaliyyətlərlə” əlaqədar sanksiyalar tətbiq edib.

ABŞ-ın Maliyyə Nazirliyinin aprel ayında sanksiyalar tətbiq etdiyi Rusiya biznesmenləri və rəsmiləri
ABŞ-ın Maliyyə Nazirliyinin aprel ayında sanksiyalar tətbiq etdiyi Rusiya biznesmenləri və rəsmiləri

Torşin Butinanı Amerika siyasətinə təsir göstərmək məqsədilə “Rusiyanın ABŞ ərazisində agenti” kimi fəaliyyət göstərməsini istiqamətləndirməkdə ittiham olunur.

FBI sənədlərinə əsasən, Torşin və Butina “özəl”, ya da Butinanın özünün dediyi kimi, “qeyri-rəsmi əlaqə kanalı” yaratmaq məqsədilə “Amerika siyasətçiləri ilə münasibətlər qurmaq üçün addımlar atıb”.

Bu səylər ABŞ-ın ən böyük silah lobbisi olan Milli Silah Assosiasiyası da daxil olmaqla, Birləşmiş Ştatların siyasi təşkilatları ilə əlaqələr qurulmasını əhatə edir.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG