Accessibility links

Mariya qasırğası Puerto-Riko və Vircin adalarını hədəf alıb [Video]


Mariya qasırğası Puerto-Riko və Vircin adalarını hədəf alıb
please wait

No media source currently available

0:00 0:02:01 0:00

Rəsmilər çərşənbə axşamı Puerto-Riko və Vircin adalarının sakinlərinə hazırlıqlarını tamamlamağı və fırtına başlamadan əvvəl sığınacaq tapmağı məsləhət görüb.

Birləşmiş Ştatların Qasırğa Mərkəzi bildirib ki, sürəti saatda 280 km. olan və güclü yağışlarla müşaiyət olunan qasırğa çərşənbə günü Puerto-Rika adasına yaxınlaşacaq.

Bundan əvvəlki İrma qasırğası Puerto-Rikodakı binaların 70 faizini enerjisiz buraxmışdı və təqribən 1 milyona yaxın zərər vurmuşdu. Rəsmilr Mariya qasırğasının daha şiddətli ola biləcəyini bildirir. Qasırğa artıq Fransa adası sayılan Quadelopada 1 insanın həyatının itirməsinə səbəb olub.

Fırtına Martinikada daşqınlara səbəb olub. Rəsmilər bildirir ki, Dominikan adasında vəziyyət daha acınacaqlıdır. Demək olar ki, bütün evlərdə çatlar əmələ gəlib.

Bir neçə gün ərzində baş verəcək ikinci fırtına bəzi Karib adaları üçün daha çətin ola bilər.

Qasırğa sezonu bir müddət daha davam edəcək. İrmadan sonra yaranan Xose qasırğası bir qədər zəif olsa da, ABŞ-ın şərq sahilində təhlükəli dalğalara və axınlara səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG