Accessibility links

Mariya Şarapova tennislə vidalaşdı


Çərşənbə günü tanınmış rusiyalı tennis ustası Mariya Şarapova karyerasını başa vurduğunu açıqlayıb. Oynadığı dövrdə WTA reytinqinin birnömrəli qadın tennisçisi olmakla yanaşı, 15 aylıq dopinq qadağası ilə üzləşən rusiyalı idmançı Böyük Dəbilqə turnirinin 5 dəfə galibi olur.

İllərdir sağ çiynindəki problemlərlə mübarizə aparan Şarapova böyük turnirlərdə oynadığı son dörd qarşılaşmada məğlub olub.

Bu mövsüm Şarapova cəmi iki oyun keçirib və hər ikisində uduzub.

Çərşənbə günü internetdə yayımlanan və onun tennisi tərk etməyi ilə bağlı "Vanity Fair" və "Vogue" üçün yazdığı bir yazıda Şarapova soruşur: “Yeganə yaşadığın həyatı necə tərk edirsən?''

Elə vaxtlar var idi ki, Şarapova idmanı qədər büyük ulduz idi, tennis kortunda qazandığı puldan daha çoxu milyonlarla dollarlıq sponsorluq sövdələşmələri ilə əldə edirdi.

Uşaqlıqda Florida ştatına köçən rusiyalı idmançı 2004-cü ildə 17 yaşında finalda Serena Vilyamı məyus edərək Uimbildonu qazanmaqla böyük tennis səhnəsinə çıxmışdı. O, karyerasını Böyük Dəbilqə turnirlərindəki qələbələri ilə davam etdirmişdi - Fransa, ABŞ və Avstraliya açıq turnirlərini birinciliklə başa vurmuşdu.

XS
SM
MD
LG