Accessibility links

Marko Rubio: Venesuelada baş verənlər bir insanın yaratdığı böhrandır


ABŞ Senatı Marko Rubio Kolumbiyanın Venesuela ilə sərhədində yerləşən Kukuta şəhərinə səfər edib. Fevralın 17-də sərhədə toplaşmış insanların qarşısında çıxış edən senator bildirib ki, Venesuelada baş verənlər bir insanın yaratdığı böhrandır.

ABŞ-ın Venesuelaya hərbi müdaxilə ehtimalına dair sualı cavablandıran Marko Rubio qeyd edib ki, Venesuelada mövcud olan yeganə hərbi müdaxilə Kuba müdaxiləsidir.

Floridanın respublikaçı senatorunu bu səfərdə ABŞ -ın Amerika Dövlətləri Təşkilatında səfiri Karlos Truhillo və Venesuela üçün nəzərdə tutulmuş beynəlxalq humanitar yardımı izləməyə gedən ABŞ nümayəndəsi Mario Diaz Balart müşayiət edib.

C-17 karqo təyyərəsi
C-17 karqo təyyərəsi

Şənbə günü C-17 karqo təyyərlərinin ilk üçü Florida ştatında yerləşən Homestead Hava Ehtiyat Bazasından yola çıxaraq, Kukuta şəhərində eniş edib. Bu şəhər Venesuelanın Konqres lideri Xuan Quaydonun dəstəkçilərinə çatdırılması nəzərdə tutulan yardımın toplanış məntəqəsi kimi nəzərdə tutulub. Quaydo ABŞ tərəfindən Venesuelanın legitim prezidenti kimi tanınıb.

Maduronun 2018-ci il prezident seçkilərini saxtalaşdırdığını bildirən və ötən ay konstitusiyaya uyğun olaraq özünü Venesuelanın prezidenti elan edən Quaydo bəyanat verib ki, humanitar yardınlar fevral ayının 23-də ölkəyə daxil olacaq.

Maduro qeyri-qanuni və lazımsız adlandırdığı humanitar yardımın qarşısını alacağını deyib. O, ölkədəki aclığa görə ABŞ-ın qadağalarını və ölkədəki düşmənləri təqsirləndirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG