Accessibility links

Avropa Kosmik Agentliyi Mars roverini sınaqdan keçirir [Video]


Avropa Kosmik Agentliyi Mars roverini sınaqdan keçirir
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Əgər hər şey plana uyğun irəliləsə, Avropa Kosmik Agentliyi 2020-ci ildə Marsa ilk tədqiqat robotunu göndərəcək. Alimlər qabaqcıl altı-təkərli roverin, yəni planet üzərində hərəkət edə bilən kosmik kəşfiyyat gəmisinin Marsdakı ifrat hava şəraitinə tab gətircə biləcəyindən əmin olmaq üçün onun üzərində müxtəlif sınaqlar həyata keçirir.

Biz ora Yer kürəsindən üzvi heç nə aparmaq istəmirik. Ona görə də, metal membranından hazırlanan tam elastik təkər yaratmışıq.
Abbi Hatti

Londondan bir az şimalda yerləşən Stivenec şəhərində Airbus-ın sınaq təsisində testdən keçən ExoMars Roverin təkərləri qayalara uyğunlaşa bilir.

Avropa Kosmik Agetliyinin (ESA) mexanika mühəndisi Abi Hatti deyir ki, təkərlərin rezindən hazırlanmasının xüsusi səbəbi var.

“Biz ora Yer kürəsindən üzvi heç nə aparmaq istəmirik. Ona görə də, metal membranından hazırlanan tam elastik təkər yaratmışıq,” deyə ExoMars-ın çatdırılma üzrə meneceri Abbi Hatti söyləyir.

ESA və Rusiyanın Roskosmos fəza agentliyinin inkişaf etdirdiyi ExoMars Layihəsi Marsda həyatın olduğuna dair əlamətlər axtarmağa yönəlmiş ilk layihə olacaq.

“İndiyə kimi bütün missiyalar Marsın səthində beş santimetrlik dərinlik qazıb. Biz isə iki metr dərinliyində dəlik qazacağıq. Bu çox vacibdir, çünki biz yeraltını araşdıracağıq. Marsda həyatın olduğuna dair dəlilləri də məhz bu dərinlikdə tapa bilərik,” deyə layihənin tədqiqatçı-alimi Horxe Vaqo bildirir.

ExoMars
ExoMars

Marsda onu gecələr selsi şkalası ilə 130, gündüz isə 90 dərəcəyə çatan ifrat temperaturlardan qoruyacaq atmosfer yoxdur.

Orada həmçinin Yer kürəsindəki kimi kosmik radiasiyanın qarşısını alan maqnit sahəsi də yoxdur. Ona görə də, Marsın səthinin üzərində yaşayış ola bilməz.

“Bəlkə də müxtəlif qaya təbəqələrinin altında, iki qaya təbəqəsinin arasındakı boşluqda, su yataqlarının olduğu yerdə hələ də həyatın olduğuna dair əlamətlər ola bilər,” Abbi deyir.

Hələ ki, rover planetdə tək olacaq. Amma əgər o, önünü görüb, hara getməli olduğuna qərar verib, həmin yolda təhlükəsiz şəkildə hərəkət edə biləcəksə, biz bu robotla çox sayda elmi araşdırma apara biləcəyik
Abbi Hatti

Maqnit sahəsinin olmaması əlavə bir problemdir, çünki Marsda kompas işləmir. Planetin dövrə vurduğunu nəzərə aldıqda, kompasın olmaması ilə roveri Yer kürəsindən 54 milyon kilometr uzaqda bir yerdə idarə etmək çox çətin olacaq.

“Hələ ki, rover planetdə tək olacaq. Amma əgər o, önünü görüb, hara getməli olduğuna qərar verib, həmin yolda təhlükəsiz şəkildə hərəkət edə biləcəksə, biz bu robotla çox sayda elmi araşdırma apara biləcəyik,” Abbi söyləyir.

Alimlər deyir ki, ExoMars Rover Marsa təhlükəsiz eniş edəndən sonra gündə 100 metr sürəti ilə hərəkət edib, oradakı torpağı qazaraq, həyat əlamətləri axtaracaq.

XS
SM
MD
LG