Accessibility links

Mart ayından bəri ABŞ-da 38,6 milyon insan işsiz qalıb


Son iki ayda ABŞ-da koronavirus səbəbi ilə işsizlik sürətlə artamaqdadır. Belə ki, kəçən həftə daha 2,4 milyon amerikalı işsizlik müavinəti üçün müraciət edib. Baxmayaraq ki, bu rəqəm ondan əvvəlki həftədən 9 faiz azdır, lakin yenə də tarixi standartlara görə bu rəqəm olduqca yükəsək göstəricidir.

Beləliklə son doqquz həftə ərzində ABŞ-da ümumilikdə 38,6 milyon insan işsizlik müavinəti üçün müraciət edib. Bu isə pandemiyadan əvvəl - fevral ayında işləyən hər dörd nəfərdən birinin işini itirməsi deməkdir.

Aprel ayında rəsmi işsizlik göstəricisi 14,7 faiz təşkil edirdi. Bu, Böyük Depressiya dövründən bəri ən yükəsək göstəricidir. Bu həftə ABŞ Konqresinə açıqlama verən maliyyə naziri Steven Mnuçin bildirib ki, "iş yerləri yaxşılaşmazdan əvvəl daha da pis olacaq".

ABŞ-ın Federal Ehtiyatlar Bürosunun keçirdiyi sorğu nəticəsində bəlli olub ki, ferval ayında işləyən insanların 20 faizi mart və aprel aylarında işlərini itirib. Sorğu nəticəsində həmçinin o da məlum olub ki, işini itirənlərin əksəriyyəti aşağı əmək haqqı alan insanlardır. Belə ki, illik 40 min dollar qazanan insanların təxminən 40 faizi işsiz qalıb.

Siyahıyaalma Bürosunun yeni bir araşdırmasında o da məlum olub ki, ölkə üzrə işləyən 47 faiz insanlarıniş saatında və ya gəlirində azalma müşahidə olunub. Gəlirlərin azalması ən çox Nevada və Havay adaları kimi gəliri turistlərdən asılı ştatlarda daha çox müşahidə edilib.

XS
SM
MD
LG