Accessibility links

8 mart - Beynəlxalq Qadınlar Günüdür


8 mart - Beynəlxalq Qadınlar Günüdür.

8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadın aşağı maaş, iş gününün uzun olması, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil keçirib.

8 mart 1908-ci ildə Nyu-York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadın daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirib. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi.

İlk Qadınlar Günü mərasimi 1909-cu ilin 28 fevralında Nyu-Yorkda baş tutub. Bu, Amerika Sosialist partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ilki tətilinin yada salınması münasibətilə təşkil olunub.

1909-cu ildə isə Avropadaki qadınlar, fevral ayının son bazar gününü, fevralın 28-ni ilk qadın günü olaraq qeyd edib.

1910-cu ildə 1857-ci il hadisələrindən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı alman sosialist qadırıb, hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif edib və bu təklif yekdilliklə qəbul edilib.

1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.

Bu il 8 mart öncəsi Beynəlxalq Xilas Komitəsi hesabatında dünyada qadın və qızlar üçün ən təhlükəli 5 ölkəni açıqlayıb.

Bu ölkələrə azyaşlıların ərə verilməsi, doğuş zamanı ölüm halları, zorakılıq, uşaq əməyinin istismarı baxımından Niger, Yəmən, Banqladeş, Cənubi Sudan və Mərkəzi Afrika Respublikası daxildir.

XS
SM
MD
LG