Accessibility links

Mart-Əfqanıstanda ən qanlı ay


Mülki Müdafiə Məsləhət (MMMQ) Qrupunun son hesabatına görə, mart ayı Əfqanıstanda ən qanlı ay olub. Belə ki, mart ayında 121 mülki vətəndaş öldürülüb, 322 nəfər yaralanıb.

Ən ağır hücum martın 21-də həyata keçiriib. Novruz bayramı mərasimi zamanı intiharçı Kabilin Kari-Şaxi bölgəsində dinc sakinləri hədəf alıb.

Hücum zamanı 33 adam həyatını itirib, 65 nəfər xəsarət alıb.

Hökumət səviyyəsində problemlər həll edilməsə, təəssüflər ki, həm mülki əhali, həm də hərbi qüvvələr itkilər verəcək

Hücumun məsuliyyətini islam Dövləti qrupu üzərinə götürüb.

Digər bir hücum 14 nəfərin ölümü və 42 nəfərin yaralanması ilə Helmənd vilayətində martın 23-də qeydə alınıb.

Bu hücumun məsuliyyətini üzərinə alan olmayıb

MMMQ martın 17-də Əfqanıstanın Müdafiə və Milli Təhlükəsizlik qüvvələrini Nanqarhar vilayətində 8 mülki vətəndaşın ölümündə günahlandırıb.

Təhlükəsizlik problemləri

Əfqanıstan hökuməti hərbi əməliyyatlar zamanı mülki əhalinin müdafiəsi üçün ciddi qaydalar tətbiq edildiyini bildirir. Lakin buna baxmayaraq, intihar hücumları kimi terror aksiyaları zamanı öldürülənlərin sayı artıb.

Əfqanıstan prezidentinin öszçüsü Şah Hüseyn Murtazavi Amerikanın Səsinə bildirib ki, Helmənd, Nanqarhar və Kabildə terrurçuların qurbanları mülki vətəndaşlardır.

Sözçü hökumətin təhlükəsizlik qüvvələrini mülki əhalinin müdafiəsinə dair qaydalarla təmin etdiyini deyib.

Bəziləri isə itkilərə görə rəhbərliyi günahlandırır.

“Hökumət səviyyəsində problemlər həll edilməsə, təəssüflər ki, həm mülki əhali, həm də hərbi qüvvələr itkilər verəcək”- deyə, Əfqanıstanın təqaüddəki ordu generalı Gül Nabi Amerikanın Səsinə bildirib.

2017-ci ildə 10 mindən çox ölü

BMT-nin bildirdiyinə görə, mülki əhali arasında ölüm halları 10 faiz azalsa da, 2017-ci ildə 10 mindən çox insan tələfatı qeydə alınıb.

Təşkilatın hesabatında ölənlərin 65 faizini hökumət əleyhinə elementlər, 20 faizini isə hökumət tərəfdarı qüvvələr verib.

Bildirilib ki, itkilərin 42 faizi Taliban, 16 faizi hökumət, 10 faizi İŞİD və digər qruplaşmalar tərəfindən törədilib.

XS
SM
MD
LG