Accessibility links

Amerikalılar Martin Lüter Kinq gününü qeyd edir [Video]


Martin Lüter Kinqin abidəsi
Martin Lüter Kinqin abidəsi

Söz azadlığı Amerika Birləşmiş Ştatlarında Martin Lüter Kinqin irqi ayrı-seçkiliyə qarşı mübarizəsində vacib olan Amerika dəyərlərindən biridir

Bu gün, hər il olduğu kimi yanvarın üçüncü bazar ertəsi amerikalılar tərəfindən qeyd edilən Martin Lüter Kinq günüdür. Söz azadlığı, Amerika Birləşmiş Ştatlarında Martin Lüter Kinqin irqi ayrı-seçkiliyə qarşı mübarizəsində vacib olan Amerika dəyərlərindən biridir.

Dünyada məşhurlaşmış “Mənim bir arzum”niqti Martin Lüter Kinqə aiddir.

Əgər siz İndiana ştatının İndianapolis şəhərinə səfər etsəniz, bu məşhur abidəni görə bilərsiniz.

Martin Lüter Kinq və senator Robert Kennedi
Martin Lüter Kinq və senator Robert Kennedi

Bu memorial Dr. Martin Lüter Kinq və senator Robert Kennedinin bir-birinə əl uzatması siluetlərini əks etdirir. Abidənin tarixi çox dərin və emosional komponentə malikdir. Martin Lüter Kinqin öldürüldüyü gecə, Amerikanın bir çox şəhərlərində zorakı iğtişaşlar başlamışdı. Lakin Indianapolisdə Robert F. Kennedi vətəndaşları nifrətdən sevgiyə doğru hərəkət etməyə çağıraraq çıxış edib. Martin Lüter Kinqin sülh və qeyri-zorakılıq irsini davam etdirməyin əhəmiyyətini daşıyan Kennedinin ismarıcı o gecə və sonrakı həftələrdə İndianapolis şəhərini qiyamdan uzaq saxlanmağa nail olub. Hal-hazırda bu çıxış ABŞ tarixinin ən əhəmiyyətli çıxışlardan biri hesab olunur. Çıxışın bəzi hissələri Arlington Milli Qəbiristanlığında Robert F. Kennedinin xatirəsinə həsr olunmuş abidənin üzərində həkk olunub.

Martin Lüter Kinq və senator Robert Kennedi
Martin Lüter Kinq və senator Robert Kennedi

XS
SM
MD
LG