Accessibility links

Martin Şults: Leyla və Arif Yunusların məhkəməsi Azərbaycanın vətəndaş cəmiyyətinə qarşı amansız repressiyadır


Martin Şults
Martin Şults

Leyla və Arif Yunusların barəsində hökm Avropa Parlamentini olduqca narahat edib. Qurumun rəhbəri Martin Şults bildirib.

“İki aparıcı hüquq müdafiəçisinin – Leyla və Arifin həbs cəzasına məhkum edilməsi olduqca ədalətsizdir. Üstəlik, onların səhhəti nəzərə alınmayıb.

Mən, həmçinin Avropa Parlamentinin insan hüquqları komitəsi tibbi müalicəyə ehtiyacı olan Leyla və Arif Yunusları azad etməyə çağırır”, - M.Şults qeyd edib.

O həmçinin jurnalist Rasim Əliyevin ölümünə və Xədicə İsmayılovanın həbsinə toxunub.

“Rasim Əliyevin ölümünü və Xədicə İsmayılovaya qarşı cinayət təqiblərini nəzərə alaraq Leyla və Arif Yunusların məhkəməsi Azərbaycanın vətəndaş cəmiyyətinə qarşı amansız repressiyadır”,M.Şults bildirib.

O, Azərbaycanın insan hüquqları sahəsində, o cümlədən Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində beynəlxalq öhdəliklərini xatırladır.

“Azərbaycan öz xeyrinə vəziyyəti dərhal yaxşılığa doğru dəyişməlidir”, Avropa Parlamentinin rəhbəri vurğulayıb.

Xatırladaq ki, avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi L.Yunusu 8,5, A.Yunusu 7 il azadlıqdan məhrum edib. Onlar iqtisadi cinayətlərdə təqsirli bilinir.

XS
SM
MD
LG