Accessibility links

Marvel kainatının yaradıcısı Sten Li 95 yaşında vəfat etdi


TMZ nəşrinin verdiyi məlumata görə, Marvel Comics-in sabiq prezidenti və idarə heyətinin sədri Sten Li vəfat edib. Onun 95 yaşı var idi.

Bildirilir ki, son il ərzində Li pnevmoniya da daxil olmaqla bir neçə xəstəlik keçirib.

Sten Li Marvel Comics-i 1961-ci ildə dostu Cek Kirbi ilə birgə təsis edib. Onlar Fantastik Dördlük (The Fantastic Four), Hörümçək Adam (Spider-Man), Qara Pantera (Black Panther), Möhtəşəm Halk (The Incredible Hulk), İks- Adamlar (X-Men), Dəmir Adam (Iron Man) və Qisasçılar (The Avengers) komikslərini birgə yaradıblar.

Marvel Kainatındakı superqəhrəmanlar haqında filmlərdə Linin bir çox epizodik rolları var.

2016-cı ildə Sten Li görmə qabiliyyətini demək olar ki təmamilə itirdi və buna görə oxuyub yaza bilmirdi.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG