Accessibility links

Təbrizin Maşinsazi maşınqayırma zavodunun işçiləri aksiya keçirib


Təbrizin Maşinsazi maşınqayırma zavodunun işçiləri yeni baş direktorun təqdimatı tədbirindən sonra işlərinin gələcəyi və zavodun vəziyyətinə etiraz olaraq oturaq aksiya keçirib.

İLNA xəbər agentliyinin məlumatına görə, işçilərin oturaq aksiyasının səbəbi yeni icraçı direktorun tanıtma mərasimi ilə əlaqədar olub. İşçilərin nədən yeni direktoruna etiraz etdikləri barəsində isə məlumat verilməyib.

İran Azərbaycanının ən böyük zavodlarından olan Maşinsazi zavodunun özəlləşdirmə işləri 15 ildir davam edir, ancaq neçə dəfə üsulsuz özəlləşdirmə və məhkəmə sisteminin müdaxiləsi ilə proses nəticəsiz qalıb. Bir neçə dəfə nəticəsiz qalan özəlləşdirmə prosesləri nəticəsində indi zavodun mülkiyyətinin hansı şəxsə və ya şirkətə aid olduğu bilinmir.

Tasnim xəbər agentliyi bu zavodun mülkiyyət problemi olduğunu və digər özəl şirkətlərin bu səbəbdən dolayı zavodun maliyyə problemlərini həll etmək üçün müdaxilə etməkdən çəkindiklərini yazıb.

Maşinsazi zavodu özəlləşdirmə prosesində özəl sektor, dövlət, özəlləşdirmə təşkilatı və dövlətə bağlı fərqli şirkətlər arasında alış-veriş nəticəsində hazırda zavodun mülkiyyət məsələsi bir problemə çevrilib. Dövlətin fərqli nazirliklərinə bağlı olan şirkətlər bu zavoda mülkiyyət iddiaları irəli sürməkdədir.

Həmçinin korrupsiya ittihamı ilə həbsdə saxlanılan Qurbanəli Fərruxzadə dövlət və məhkəmə orqanlarına məktub ünvanlayaraq zavodun maliki olduğunu irəli sürdüyü bildirib, ancaq İran məhkəmə sistemi bu şəxsin hüquqi mülkiyyətini ləğv edib.

İllərdir mülkiyyəti bəlli olmayan Təbrizin Maşinsazi zavodu məhz bu səbəbdən dolayı şirkətə baş direktor seçilməsi də mümkün olmurdu. Şirkətin hüquqi problemləri isə zavod işçilərinin maaşlarının ödənməsinin təxirə salınması və işdən qovulub-qovulmayacaqları ilə bağlı qayğılarına səbəb olmuşdur.

İLNA-nın yaydığı xəbərə görə, Maşinsazinin yeni direktoru Təqvaməneş, Sənaye Mədən və Ticarət Nazirliyinə bağlı şirkəti tərəfindən təyin edilib, bu isə yüksək özəlləşdirmə şurasının aldığı son qərarın icra olacağı mənasına gəlir. Yeni direktorun tanıtma mərasimindən sonra işçilər gələcək karyeraları haqqında qayğılanmağa başlayıblar.

Maşinsazinin özəlləşdirilməsi və satılması ilə müxalif olan Təbriz deputatı Əhməd Əlirzabeygi şirkətin və ona aid olan 85000 kvadrat metr ərazinin satılması sadəcə pulun dövlətin xəzinəsinə gedəcəyini və bundan Təbrizə və Şərqi Azərbaycan vilayətinə heç bir mənfəəti yetişməyəcəyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG