Accessibility links

Mask Teslanın 72 milyard dollar müqabilində özəlləşdirilməsi niyətindən imtina edib


Mask bir neçə həftə öncə Twitter vasitəsilə şirkəti özəlləşdirmək niyyətində olduğunu və ehtiyac duyulan məbləği artıq sığortaladığını qeyd etmişdi.

Bu elana baxmayaraq, yenidən Tesla şirkətinin ictimai sərmayələrə açıq saxlanılması qərarı şirkətin gələcəyi haqqında şübhələrə səbəb olub. Şirkətin səhmlərinin indiki dəyəri Maskın səs-küyə səbəb olan tvitindən öncəki dəyərindən daha aşağıdır.

Milyarder, şirkəti səhmin biri 420 ABŞ dolları müqabilində özəlləşdirəcəyini bildirmişdi. Bu isə səhmdarlar arasında şirkətin gəlirliyi necə təmin edəcəyi ilə bağlı suallar doğurdu.

Maskın tviti həm də bir neçə məhkəmə işinə səbəb olub. ABŞ-ın Mübadilə Komissiyası isə öz növbəsində Maskın özəlləşdirmə üçün ehtiyac duyulan məbləğə həqiqətən sahib olub-olmadığını araşdırır.

Milyarder cümə günü bildirir ki, şirkəti özəlləşdirmək üçün ehtiyac duyulandan daha çox vəsait var. Lakin səhmdarlar tərəfindən gələn reaksiyalar və prosesin bütövlükdə uzun çəkə biləcəyi səbəbindən o, niyyətindən imtina edib.

XS
SM
MD
LG