Accessibility links

Maska taxmaq bundan sonra normal bir hala çevriləcəkmi?


Bir il öncə kiminsə maska taxdığını görəndə onun ya xəstə, ya da bəlkə bir az qəribə və ya pranaoik olduqlarını düşünə bilərdik. Amma bu gün pandemiya səbəbilə COVID-19-un yayılmasının qarşısını almaq üçün maska taxmaq bir çox amerikalı üçün normal bir hala çevrilib.

Otuz dörd ştat və Kolumbiya Mahalında insanların ictimai yerlərdə maska taxmaları məcburidir. Bəs görəsəm bu vərdiş pandemiyadan sonra da davam edəcəkmi?

“Mən evdən çıxanda maska taxmaq kimi vərdişlərin qalıcı təsirlərinin olacağını təxmin edirəm,” Nyu Yorkda yerləşən Kolumbiya Universitetinin epidemiologiya üzrə dosenti Dr. Barun Matema bildirir. “Lakin pandemiya ilə bağlı xatirələr solmağa başladığı zaman bu vərdişlər də unutulacaq,” o əlavə edir.

Amma bütün amerikalılar maska taxmırlar, xüsusilə də maskaya siyasi prizmadan baxan insanlar.

Pandemiyalar keçmişdə də ictimai vərdişləri dəyişdirib. Məsələn Şərqi Asiyada 2003-cü ildə viral tənəffüs xəstəliyinin yayılmasından bəri maska taxmaq daha adi hala çevrilib.

Ancaq Amerikanın Səsinə danışan ekspertlər amerikalıların çoxunun pandemiyadan sonra maska taxmağa davam edəcəklərinə şübhə ilə yanaşır.

"Mən ehtimal edirəm ki, hər dəfə qrip və ya soyuqdəymə mövsümü olduğunda, daha çox insan maska taxacaq, amma mən bunun ümummili yeni bir adət olacağını düşünmürəm,” Merilend Universitetinin İctimai Sağlamlıq Məktəbinin dekanı Dr. Boris Luşniak bildirir.

2010-cu ilin noyabrından 2015-ci ilin sentyabr ayındadək ABŞ-ın baş cərrah yadımçısı vəzifəsində çalışan Luşniak isə əl sıxışmaların azalacağını gözləmir.

"Mən gələcəkdə, xüsusilə də soyuqdəymə və qrip mövsümlərində insanların əl sıxışmaq yerinə 'bir-birimizə əl sallayaq, namaste edək" deyəcəklərini düşünürəm,” o bildirir.

Amerika Yoluxucu Xəstəliklər Cəmiyyətinin sözçüsü Dr. Aaaron Qlattın sözlərinə görə, ümumilikdə amerikalılar bir-biriləri ilə daha az təmas etmək istəyə bilərlər.

Pandemiyanın başqa qalıcı təsirlərindən biri də təmizlik səviyyəsinin yüksək olması gözləntisi ola bilər.

“Pandemiya, siyasi baxışlarından asılı olmayaraq, hər kəs üçün kifayət qədər qorxulu və gözlənilməz bir hadisədir. Mən gigiyena ilə bağlı yeni əldə etdiyimiz vərdişlərin bundan sonra müəyyən dərəcədə davam edəcəyini gözləyirəm,” Matema deyir.

“Bizim əllərimizi yumaq, maska taxmaq və toxunduğumuz yerləri dezinfeksiya etmək kimi vərdişlərimiz bir az davam edəcək,” o əlavə edir.

Bu da pandemiyanın müsbət təsirlərindən biri ola bilər.

Bundan əlavə sənayelər də dəyişə bilər. Pandemiya zamanı daha çox biznes işlərini kağızsız və təmassız davam etdirib. Daha az qəbzlər çıxarılır, restoranlar kağız menyulardan istifadəni dayandırıb, hava yolları şirkətləri isə yeni təmizlik və hava filtrasiyası standartları tətbiq ediblər.

Pandemiyanın bir digər uzun-müddətli təsiri də daha çox insanın xəstə olduqları zaman evdə qalması olacaq.

Pademiyadan sonrakı dünyada evdə qalmaq insanların digər sərnişinlər və iş yoldaşlarına qarşı nəzakət göstərişi və xəstəliyin qarşısını almaq cəhdi ola bilər.

XS
SM
MD
LG