Accessibility links

Massaçusettsdə bir qrup ağır silahlı şəxslə qarşıdurma 11 şübhəlinin həbsi ilə nəticələnib


Massaçusetts ştat polisinin bildirdiyinə görə, Interstate 95-i qismən bağlayan bir qrup ağır silahlı şəxslə qarşıdurma 11 şübhəlinin həbsi ilə nəticələnib.

Polis əvvəlcə doqquz şübhəlinin nəzarətə alındığını, ikisinin isə daha sonra ələ keirildiyi bildirilir.

İki şübhəli xəstəxanaya yerləşdirilib, lakin polis bunun qarşıdurma ilə əlaqəsi olmadığını deyib.

Ştat Polis Albayı Kristofer Meyson şübhəli şəxslərin polis taktiki qruplarının zirehli maşınları il mühasirəyə aldıqdan sonra təslim olduqlarını bildirib.

Qarşıdurma I-95-in bir hissəsini bağlayıb və 4 iyul tətil həftəsonu nəqliyyata böyük problemlər yaradıb.

Səlahiyyətlilər daha sonra ştatlararası nəqliyyatın yenidən açıldığını bildirib.
Polis şübhəliləin silahlı olduğunu və onların təlimlər üçün Meyn ştatına yol aldıqlarını deyib.

XS
SM
MD
LG