Accessibility links

Mattis: Şimali Koreyanın nüvəsizləşdirildiyinə dair heç bir işarə yoxdur


ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın artıq təhlükə törətmədiyini elan edəndən sonra onun yüksək səviyyəli ordu rəsmisi Pxenyanın nüvəsizləşdirmə üçün nə isə etdiyinə dair heç bir işarənin olmadığını deyir.

ABŞ-ın müdafiə naziri Cim Mattis daha sonra müxbirlərə deyib ki, onsuz da o, hələ ki, belə bir şey gözləmir, çünki detallı danışıqlar hələ başlamayıb.

Tramp isə çərşənbə günü Minnesota ştatının Dulut şəhərində deyib ki, Kim Şimali Koreyanı möhtəşəm və uğurlu bir ölkəyə çevirəcək.

ABŞ dövlət katibi Mayk Pompeo xəbərdarlıq edib ki, ABŞ Pxenyanın tam nüvəsizləşdirmə yolunda atdığı addımları təsdiq edənədək sərt sanksiyalar davam edəcək.

Pompeo deyib ki, o, ABŞ-ın Pxenyanla razılığının detallarını müzakirə etmək üçün yaxın gələcəkdə yenidən Şimali Koreyaya getməyi planlaşdırır.

Bu razılığa əsasən, prezident Tramp ABŞ ilə Cənubi Koreyanın “müharibə oyunlarını” dayandırmağı vəd edib. İki ölkə artıq avqust ayına planlaşdırılan birgə təlimləri təxirə salmağa razılaşıb.

ABŞ və Cənubi Koreya rəsmiləri bu məsələni cümə günü müzakirə edəcəklər. Danışıqların ABŞ müdafiə nazirinin gələn həftə Seula səfər etdiyi zaman davam edəcəyi gözlənilir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG