Accessibility links

ABŞ Müdafiə Naziri Hindistandadır


ABŞ müdafiə naziri Ceyms Mattis çərşənbə axşamı Yeni Delidə memoriala baş çəkərək Birinci Dünya Müharibəsində həlak olan hindistanlı əsgərlərin xatirəsini yad edib.

“Amar Cavan Cyoti” və ya Ölməz Əsgərin Alovu adlı memorial adsız əsgərin qəbri kimi inşa edilib.

Tramp administrasiyası zamanı Hindistana səfər edən ilk amerikalı nazir olan Mattis ölkə ilə hərbi əməkdaşlığı artırmaq niyyətindədir. Bura ABŞ qırıcı təyyarələrin və izləmə dronlarının satışı da daxildir. Təhlilçilər bildirirlər ki, bu əməkdaşlıq Çinin regiondakı nüfuzunu zəiflətmək məqsədi güdür.

İki günlük səfərə zamanı Mattis Hindistanın baş naziri Narendra Modi ilə də görüşəcək.

XS
SM
MD
LG