Accessibility links

Mattis Rusiyanı Suriya vətəndaş müharibəsindəki roluna görə qınayıb [Video]


Mattis Rusiyanı Suriya vətəndaş müharibəsindəki roluna görə qınayıb
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Suriyada yeddi ildir müharibə davam edir və tezliklə sona çatacağı da real görünmür.

Bunun əsas səbəbi Rusiyanın qəddar Bəşər Əl-Əsəd rejimini dəstəkləməsidir. Bunu ABŞ-ın müdafiə naziri Cim Mattis çərşənbə axşamı jurnalistlər qarşısında çıxışında bildirib.

"Onların orada heç bir işi yoxdur. Bizim məqsədimiz Suriya vətəndaş müharibəsini Cenevrə prosesinə daxil etməkdir ki, beləcə Suriya xalqı Əsəd tərəfindən idarə olunmayan yeni hökümətlərini yarada bilsin.'' - deyə, cənab Mattis qeyd edib.

Rusiya və İran ölkənin qərbindəki üsyançılarla döyüşdə Suriya qoşunlarını dəstəklədiyi kimi, ABŞ da Suriyanın şərqində İslam Dövləti ilə mübarizə aparan yerli qüvvələri dəstəkləyir.

Ancaq ABŞ ordusu bütünlüklə vətəndaş müharibəsindən kənar qala bilməyib. Suriya qüvvələrinin mülki vətəndaşlarına qarşı kimyəvi silahlardan istifadə etməsindən sonra prezident Tramp hücum etmək əmri verib.

Rusiyaın növbəti kimyəvi hücumunda iştirakından sonra Cim Mattis Suriyadakı heç bir kimyəvi hücuma dözüm göstərilməyəcəyi ilə bağlı bəyanat verib.

"Sizi əmin edirəm ki, Dövlət Departamenti bunun qarşısını almaq üçün Rusiya ilə fəal şəkildə danışıqlar aparır.''

İslam Dövləti bir zamanlar nəzarətində saxladığı regionun iki faizindən azını tutmaq üçün mübarizə apardığı bir vaxtda Donald Tramp bu ilin əvvəlində ABŞ qoşunlarının Suriyadan çıxarılmasına qərar verib.

"Artıq vaxtdır. Biz İŞİD-ə qarşı uğurlu mübarizə aparırıq. Biz bütün ordulara qarşı uğurlu ola bilər ancaq bəzən evə qayıtmağın vaxtı gəlir. Biz bu haqda ciddi düşünürük.'' - deyə, ABŞ prezidenti Donald Tramp bildirib.

Ancaq Mattis Fırat çayı vadisində İslam Dövlətini məğlub etmək və yerli təhlükəsizlik güclərini öz təhlükəsizliyini tam təmin etmək üçün hazırlamaq da daxil olmaqla hələ də görülməli işlərin olduğunu vurğulayıb.

"Yerli əhalinin təhlükəsizliyini qoruya biləcəyi dəqiqləşsə, biz bu müddət ərzində İŞİD-in geri qayıtmaq şanslarına uyğun şəkildə əsgər sayımızı azalda bilərik. Ancaq ən əsas məsələ Əsədin yaratmaqda davam etdiyi problemlərin həlli üçün yol tapmaqdır.'' - deyə, ABŞ müdafiə naziri Cim Mattis vurğulayıb.

O əlavə edib ki, bu həll yolu Suriya xalqı tərəfindən şiddəti sonlandırmaq və yeni hökümətin qurulması üçün bu günə qədər uğursuzluqla nəticələnən BMT-nin Cenevrə sülh prosesi vasitəsilə həyata keçirilməlidir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG