Accessibility links

Mattis Suriyadan əsgərlərin çıxarılması qərarını imzaladı


Vəzifəsindən yanvar ayının 1-də ayrılacaq müdafiə naziri Cim Mattis ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılması haqda qərara imza atıb. Bu haqda məlumatı Pentaqonun sözçüsü verib.

“Suriyaya ilə bağlı qərar imzalanıb” – müdafiə nazirliyinin rəsmi nümayəndəsi elektron poçt vasitəsilə Reuters agentliyinə bildirib. Bundan başqa detallar verilməyib.

Qərar ABŞ prezidenti Donald Trampın Mattisin vəzifə müddətinin yanvarın 1-də bitəcəyini və bundan sonra müdafiə nazirinin müavini Patrik Şenahanın Pentaqon rəhbərinin vəzifəsini icra edəcəyini bildirməsindən sonra imzalanıb.

ABŞ prezident Donald Tramp Ağ Evdə müdafiə naziri Cim Mattis də daxil olmaqla hərbi liderlərlə görüşür, 23 oktyabr, 2018.
ABŞ prezident Donald Tramp Ağ Evdə müdafiə naziri Cim Mattis də daxil olmaqla hərbi liderlərlə görüşür, 23 oktyabr, 2018.

Cim Mattis Tramp keçən həftə gözlənilmədən Vaşinqtonun təxminən 2 min nəfərdən ibarət əsgəri qüvvəsini Suriyadan geri çəkəcəyini elan etməsindən bir gün sonra istefa verib. Pentaqon ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılmasının əleyhinə idi.

Mattis Trampa şəxsən təqdim etdiyi istefa məktubunda onun adını çəkməsə də, özünün və prezidentin xüsusilə də müttəfiqlər və ABŞ-ın gücündən istifadə kimi məsələlərdə kəskin fikir ayrılıqlarını qeyd edib.

ABŞ hərbi qüvvələri Suriyanın Mənbic şəhəri yaxınlığında keşik çəkir, 1 noyabr, 2018.
ABŞ hərbi qüvvələri Suriyanın Mənbic şəhəri yaxınlığında keşik çəkir, 1 noyabr, 2018.

NATO və müttəfiqlərə sadiqliq məsələsi ilə əlaqədar olaraq Trampla çox vaxt fikir ayrılıqlarına malik olan Mattis Suriya ilə bağlı qərardan sonra istefasını təqdim edib.

Cim Mattis həm demokratlar, həm də respublikaçılar arasında böyük hörmətə malikdir. Onun istefası Trampın beynəlxalq təhlükəsizlik məsələlərinə izolyasionist yanaşması ilə bağlı narahatlıqların daha da artmasına səbəb olub.

Tənqidçilər bildirir ki, Trampın bu addımı Suriyada yeddi ildir davam edən müharibənin diplomatik həlli yolunun tapılmasını çətinləşdirəcək.

XS
SM
MD
LG