Accessibility links

ABŞ müdafiə naziri yaponiyalı həmkarı ilə görüşüb


ABŞ müdafiə naziri Cim Mattis cümə günü yaponiyalı həmkarı ilə görüşərək, Birləşmiş Ştatların Şimali Koreya ilə nüvəsizləşdirmə danışıqları zamanı regiondakı öhdəlikləri ilə bağlı narahatlıqları müzakirə edib.

Yaponiyanın müdafiə naziri İtsunori Onodera ilə görüşdən sonra Mattis müxbirlərə bildirib ki, hər iki tərəf arasında ABŞ-ın mövqeyində möhkəm dayandığı barədə əminlik mövcuddur.

Onodera isə öz növbəsində cümə günü deyib ki, Birləşmiş ŞtatlarYaponiya ilə bərabər hərbi məşğələləri davam etdirməyə razılıq verib.

Ayın əvvəli ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Conq Un ilə zirvə toplantısından sonra regionda birgə hərbi təlimlərin təxirə salındığını elan edib. Tramp bu təlimləri “məsrəfli” və “provakativ” adlandırıb.

Yaponiya və Cənubi Koreya Şimali Koreyanın nüvə sınaqlarından təhlükə hiss edirlər.

Mattis Cümə axşamı Cənubi Koreya səfər edərək, ABŞ-ın ölkəyə olduğu öhdəliyin dəyişilməz qaldığını ifadə edib.

XS
SM
MD
LG