Rusiya Federasiyası Şurasının spikeri Valentina Matviyenko bildirib ki, Rusiya noyabrın 25-də Kerç boğazında saxlanılmış dənizçilər və Ukrayna gəmilərinin qaytarılması ilə bağlı Qərbin tələblərini yerinə yetirməyəcək.
“Hesab edirəm ki, Rusiya Kerç körfəzində baş vermiş və heç kimin araşdırmadığı real hadisələrin səhv təsvirə əsaslanan tələbləri yerinə yetirməməlidir və yetirməyəcək də”, Matviyenko deyib.
O, Rusiyanın Azov dənizindəki münaqişənin kəskinləşməsindən sonra güzəştə gedib-getməyəcəyi sualına belə cavab verib.