Accessibility links

Mavritaniyada quldarlıq hələ də problem olaraq qalır


Mavritaniyada quldarlıq hələ də problem olaraq qalır
please wait

No media source currently available

0:00 0:01:56 0:00

1981-ci ildə Mavritaniya quldarlığı ləğv edən sonuncu ölkə olsa da, burada problemlər hələ də qalmaqda davam edir və hökumət problemin həlli istiqamətində yetərli səy göstərmir. Müstəqil təşkilatların ölkə boyu qulların azad edilməsinə çalışmalarına baxmayaraq, keçmişin qurbanları yeni həyatlarında problemlərlə üzləşir.

M`Barka Mint Yarba neçə yaşında olduğunu bilmir. O, anadan qul doğulub və uşaqlığını sahiblərinin heyvanlarına baxmaqla keçirib. “Mən onların tələbini yerinə yetirməyəndə məni döyürdülər. Bir dəfə də mən oddan qorxduğum görə sobanı yandıra bilmədiyim üçün döyüldüm.”

Onun anası və bütün ailəsi də qul olub. Yarba köləlikdən azad olan çox sayda mavritaniyalıdan biridir. Hökumət köləliyin hələ də problem olaraq qaldığını inkar etdiyinə görə qurbanların sayını müəyyən etmək çətindir.

Yerli təşkilatlar qulların azad olmasına yardım edir. SOS Esclaves qrupu Yarbanın ailəsinə Mavritaniyanın paytaxtı Nuakçottda yeni mənzilə yerləşmələrinə yardım edib. “Mən burada bir ailə üçün yemək bişirir, ev yığışdırıram. Onlar yaxşı insanlardır. Mən buraya yemək bişirməyi öyrəndikdən sonra gəldim. İşim qədər də çətin deyil.”

Lakin Yarba və onun ailəsinin başqa iş tapmaları və ya təhsil almaları üçün sənədləri yoxdur. Səkkiz ildir ki, o, hökumətin onu lazımi sənədlər və maliyyə təzminatı verməsi üçün çalışır. “Mən bizi sənədsiz və təhsilsiz qoyan quldarların əlində çəkdiyim əzablara və itkilərə görə ədalət və təzminat gözləyirəm" - deyə, Yarbanın anası Oulmulxair Mint Yarba bildirir.

Başına gələnlərə baxmayaraq Yarba gələcəyə ümidlə baxır. O, həyatında və ölkəsində vəziyyətin yaxşılaşacağına inanır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG